General-mayor vəzifəsindən azad edilib
Tarix: 16-12-2025 15:10 | Bölmə: Xəbərlər

General-mayor vəzifəsindən azad edilib

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətininin Milli Qvardiyasının komandanı, general-mayor Akif Yusifov vəzifəsindən azad edilib.

Bu barədə müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, A.Yusifov ehtiyata buraxılıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 7 fevral 2013-cü ildə sərəncamı ilə Akif İsaxan oğlu Yusifov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Milli Qvardiyanın komandanı təyin edilmişdi. Həmin ilin dekabrın 25-də ona general-mayor ali hərbi rütbəsi verilib. (Yeni sabah)





Bölməyə aid digər xəbərlər