Venesuela həbsdəki müxalifətçiləri azadlığa buraxır
Tarix: 10-01-2026 09:01 | Bölmə: Xəbərlər

Venesuela həbsdəki müxalifətçiləri azadlığa buraxır

Venesuela hakimiyyəti həbsdəki müxalifətçilərin və ölkə həbsxanalarında cəza çəkən xarici vətəndaşların azadlığa buraxıldığını bildirib. Azad olunanların dəqiq sayı və adları açıqlanmasa da, İspaniya Xarici İşlər Nazirliyi artıq beş İspaniya vətəndaşının azad olunduğunu təsdiqləyib.

Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, azad edilənlər arasında ölkənin müxalif siyasətçilərindən biri Xuan Pablo Quanipa və hüquq müdafiəçisi Rosio San-Migel də var.

"Foro Penal" siyasi təşkilatının bildirdiyinə görə, ölkədə təxminən 800 siyasi məhbus saxlanılır. Onların əksəriyyəti 2024-cü il seçkilərindən sonra keçirilən kütləvi etiraz aksiyaları zamanı həbs olunub.

Yerli mətbuatda, eyni zamanda, Venesuelanın bəzi siyasi analitikləri arasında bununla bağlı fərqli fikirlər dolaşır. Bəzi siyasətçilərin fikrincə, bu təqdirəlayiq addım hesab edilsə də, çox güman ki, ABŞ üçün xoşagəlməz xəbər olacaq.

Onu da qeyd edək, ABŞ Venesuela hakimiyyətindən siyasi məhbusların azadlığa buraxılmasını tələb etmişdi.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər