İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Tarix: 10-01-2026 15:27 | Bölmə: Xəbərlər

İsrailin xarici işlər naziri Azərbaycana gəlir

İsrailin xarici işlər naziri Gideon Saar yanvarın 26-da Azərbaycana səfər edəcək.

Bu barədə Azərbaycan-İsrail Alyansı AIA Global məlumat verib.

Səfər proqramında bir sıra görüşlər, o cümlədən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar planlaşdırılıb.

Məlumata görə, Bakıdan sonra Gideon Saar Qazaxıstana gedəcək/Report.





Bölməyə aid digər xəbərlər