Rumıniya Moldova ilə birləşməyə hazırdır
Tarix: 14-01-2026 13:42 | Bölmə: Xəbərlər

Rumıniya Moldova ilə birləşməyə hazırdır

Buxarest Moldova ilə birləşməni “ciddi şəkildə müzakirə etməyə” hazırdır.

Reyting.az xəbər verir ki, bunu Rumıniya prezidentinin müşaviri Yevgen Tomak “Calea Europeana” bildirib.

Onun sözlərinə görə, Prut çayının hansı tərəfində yaşamasından asılı olmayaraq, istənilən vicdanlı rumın iki dövlət arasında birləşmə məsələsinə təbii proses kimi baxır.

Y. Tomak xatırladıb ki, Rumıniya rəsmi olaraq 27 mart 2018-ci ildə parlament tərəfindən qəbul edilmiş bəyannamə ilə bu məsələni müzakirə etməyə hazır olduğunu bildirib və Rumıniya dövlətinin mövqeyi dəyişməyib.

Tomak vurğulayıb ki, Rumıniya istənilən vaxt danışıqlar masasına oturub bu ssenarini ciddi şəkildə müzakirə etməyə hazırdır - Moldova bunu bir seçim kimi qəbul edərsə.

Qeyd edək ki, bundan öncə Moldova prezidenti Maya Sandu məsələnin referenduma çıxarılacağı təqdirdə Rumıniya ilə yenidən birləşməyə səs verəcəyini deyib. Sandu bildirib ki, ölkənin təkbaşına yaşaması getdikcə çətinləşir.

E. KAMAL





Bölməyə aid digər xəbərlər