İran XİN Trampın bəyanatını təxribat adlandırıb
Tarix: 15-01-2026 07:58 | Bölmə: Xəbərlər

İran XİN Trampın bəyanatını təxribat adlandırıb

ABŞ prezidenti Donald Tramp İran etirazçıları edam etməyə başlayarsa, ciddi addım atacağına söz verib.

Reyting.az-ın “Anadolu” agentliyinə istinadla verdiyi məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi misirli həmkarı Bədr Əbdül Atta ilə telefon danışığı zamanı deyib ki, ABŞ hakimiyyətinin İrandakı vəziyyətlə bağlı bəyanatları təxribat xarakterlidir və respublikanın daxili işlərinə müdaxilədir.

Bu arada ABŞ lideri D. Tramp İranın etirazçıları edam etməyə başlayacağı təqdirdə çox ciddi addım atacağını deyib. Amma sonra əlavə edib ki, onun bu məlumatdan “xəbəri yoxdur”.

ELÇİN





Bölməyə aid digər xəbərlər