Ukrayna daha səkkiz yaşayış məntəqəsini itirib
Tarix: 15-01-2026 10:03 | Bölmə: Xəbərlər

Ukrayna daha səkkiz yaşayış məntəqəsini itirib

Rusiya qoşunları yanvar ayının ilk iki həftəsində Ukraynanın təxminən səkkiz yaşayış məntəqəsini nəzarətə götürüb.

Reyting.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib.

Qeyd olunur ki, nəzarətə götürülən məntəqələr 300 kvadrat kilometrdən çox ərazini əhatə edir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər