İranda 3000 “terrorçu və iğtişaşçı” saxlanılıb
Tarix: 16-01-2026 13:45 | Bölmə: Xəbərlər

İranda 3000 “terrorçu və iğtişaşçı” saxlanılıb

İran hüquq-mühafizə orqanları terrorçu qruplarla əlaqədə olmaqda və kütləvi iğtişaşlarda iştirakda ittiham olunan təxminən 3000 nəfəri saxlayıb.

Reyting.az xəbər verir ki, məlumatı “Tasmim” agentliyi yayıb.

Qeyd edək ki, İranda iğtişaşlar 29 dekabrda rialın kəskin şəkildə düşməsi ilə başlayıb və əksər böyük şəhərlərə yayılıb. Hakimiyyət orqanları aksiyalarda təxminən 40 hüquq-mühafizə orqanı əməkdaşının ölümü barədə məlumat verib.

İran xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, 8 yanvardan sonra nümayişçilər arasında silahlı terrorçular peyda olub. İran hakimiyyəti iğtişaşların təşkilində İsrail və ABŞ-ı ittiham edib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər