Sabiq icra başçısının oğlu tanışını güllələyib
Tarix: 16-01-2026 15:24 | Bölmə: Xəbərlər

Sabiq icra başçısının oğlu tanışını güllələyib

Bu gün Yevlaxda silahlı insident baş verib.

Məlumata görə, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı, 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib.

Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məlumata görə, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğludur.

Xatırladaq ki, 2019-cu ildə həbs edilən Q.Səmədov vaxtından əvvəl şərti azadlığa buraxılmış və səhhətindəki problemlər səbəbindən 2023-cü ildə vəfat etmişdi/“Qafqazinfo.






Bölməyə aid digər xəbərlər