Tramp İran rəhbərliyinə təşəkkür edib - Yenilənib
Tarix: 16-01-2026 22:28 | Bölmə: Xəbərlər

Tramp İran rəhbərliyinə təşəkkür edib

ABŞ prezidenti Donald Tramp İran rəhbərliyinin yanvarın 15-də həyata keçirilməsi planlaşdırılan edamların ləğv etməsinə münasibət bildirib.

Reyting.az xəbər verir ki, bu barədə Ağ ev rəhbəri "Truth Social" hesabında yazıb.

"Dünən üçün planlaşdırılan bütün edamların (800-dən çox) İran rəhbərliyi tərəfindən ləğv edilməsini yüksək qiymətləndirirəm. Təşəkkür edirəm", - deyə Tramp əlavə edib.(Report)

***

Onu da qeyd edək ki, Ağ ev Donald Trampın "İranda 800 nəfərin edamı dayandırılıb" sözlərini şərh edib.

Reyting.az-ın məlumatına görə, bu məsələyə Ağ evin mətbuat katibi Kerolayn Livitt münasibət bildirib.

K. Livitt deyib ki, ABŞ prezidentinə təqdim olunmuş məlumata görə, İranda 14 yanvar tarixinə planlaşdırılmış 800 nəfərin edamı ilə bağlı hökmün icrası müvəqqəti təxirə salınıb.

Lakin 800 adamın edamının İran tərəfindən müvəqqəti təxirə salınması ilə bağlı məlumatın əsas mənbəyi açıqlanmayıb.

Mətbuat katibi həmçinin vurğulayıb ki, ABŞ İranda baş verənləri davamlı izləyir və bütün variantları nəzərdən keçirir.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər