Ramzan Kadırovun oğlu qəzaya düşüb
Tarix: 16-01-2026 22:54 | Bölmə: Xəbərlər

Ramzan Kadırovun oğlu qəzaya düşüb

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov yol-nəqliyyat qəzasına düşüb. O, hadisədən sonra Qroznıda xəstəxanaya yerləşdirilib.

Reyting.az xəbər verir ki, bu barədə "Kavkaz.Realii" mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Kadırovun yerləşdirildiyi xəstəxanaya gedən yollar bağlanıb.

Qeyd olunur ki, Adam Kadırovun korteji yüksək sürətlə, avtomobillər ard-arda hərəkət edərkən qəfil maneə ilə üzləşib.

Nəticədə avtomobillər bir-birinə çırpılıb. Xəsarət alanlar arasında digər şəxslərin də olduğu bildirilir.(APA)





Bölməyə aid digər xəbərlər