Bakı metrosunun platformasında sərnişin ölüb
Tarix: 17-01-2026 12:24 | Bölmə: Xəbərlər

Bakı metrosunun platformasında sərnişin ölüb

Bu gün saat 11:30 radələrində “20 Yanvar” metrostansiyasının palatformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.

Reyting.az “Bakı Metropoliteni” QSC-yə istinadla bildirir ki, dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.





Bölməyə aid digər xəbərlər