İrandakı aksiyalarda ölənlərin sayı açıqlanıb
Tarix: 23-01-2026 00:11 | Bölmə: Xəbərlər

İrandakı aksiyalarda ölənlərin sayı açıqlanıb

İranda son etirazlar və sonrakı silahlı iğtişaşlar zamanı həm təhlükəsizlik işçiləri, həm də mülki şəxslər daxil olmaqla 2400-dən çox insan həlak olub.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı İranın Şəhidlər və Veteranlar Fondu yayıb.

İran KİV-ləri fondun açıqlamasına istinadla bildirir ki, "Silahlı hücumlarda (son etirazlar zamanı-red.) mülki şəxslər və təhlükəsizlik işçiləri də daxil olmaqla 2427 nəfər həlak olub”.

Tehran 12 yanvarda vəziyyətə nəzarəti bərpa edib.

Onu da qeyd edək ki, digər mənbələr etirazlar zamanı daha çox insanın həlak olduğunu bildirir, ölənlərin sayının 10 min nəfərdən çox olduğunu iddia edənlər də var.

Xatırladaq ki, İranda etirazlar əvvəlcə milli valyutanın devalvasiyası səbəbindən 2025-ci ilin dekabr ayının sonlarında başlasa da, sonradan iğtişaşlara və hökumətə qarşı etirazlara çevrilmiş, İranın devrilmiş şahının oğlu Rza Pəhləvinin zənglərindən sonra isə pik həddə çatmışdı.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər