Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
Tarix: 23-01-2026 13:10 | Bölmə: Xəbərlər

Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib

Azərbaycanın Qarabağ bölgəsində yaşayan 10 erməni və 1 rus onların öz istəkləri əsasında Ermənistana təhvil verilib. 

“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə məlumatı bu ölkənin əmək və sosial məsələlər naziri Arsen Torosyan açıqlayıb.

Erməni nazirin sözlərinə görə, 11 nəfər məsələ ilə bağlı Azərbaycan və Ermənistanın müvafiq qurumlarına müraciət ediblər və bu müraciətlər əsasında onlar Ermənistana təhvil veriliblər.

Bildirilib ki, onlar 2023-cü ilin sentyabrında Azərbaycanın Xankəndi şəhərini azad etməsindən sonra da həmin ərazilərdə yaşamağa davam ediblər/qafqazinfo.





Bölməyə aid digər xəbərlər