Kamran Əsədovun qaynı işdən çıxarılıb
Tarix: 23-01-2026 16:08 | Bölmə: Xəbərlər

Kamran Əsədovun qaynı işdən çıxarılıb

Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun qaynı işdən çıxarılıb.

Reyting.az “Unikal”a istinadən xəbər verir ki, Bəhman Hüseynli bir müddət öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzindəki mütəxəssis vəzifəsindən ayrılıb.

Universitetdən bildirilib ki, sözügedən şəxs 2025-ci il dekabrın 12-si öz ərizəsi ilə vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, yanvarın 22-si Gəncə Şəhər Məhkəməsində Kamran Əsədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Məlum olub ki, K.Əsədovun qaynı Bəhmən Hüseynli  məhkəməyə getməməsi üçün şahidə təzyiq göstərirmiş. B.Hüseynli həm də Kamran Əsədovun köməkçisi olub.

Onun şahidlərə hansı səbəbdən təsir etdiyi soruşulub, lakin Bəhman Hüseynli hakimin sualına tam cavab verə bilməyib.





Bölməyə aid digər xəbərlər