Türkiyədə 5,2 bal gücündə zəlzələ olub
Tarix: 24-01-2026 10:11 | Bölmə: Xəbərlər

Türkiyədə 5,2 bal gücündə zəlzələ olub

Türkiyənin Balıkesir əyalətinin Sındırı şəhərində zəlzələ baş verib.

Reyting.az Türkiyə KİV-lərinə istinadla bildirir ki, yeraltı təkan İstanbul, İzmir və Bursa da daxil olmaqla bir çox şəhərdə hiss olunub.

Zəlzələ 5,2 bal gücündə qeydə alınıb.

Yeraltı təkan yerli vaxtla saat 00:24-də baş verib.

Hər hansı dağıntı barədə məlumat verilməyib.





Bölməyə aid digər xəbərlər