Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama
Tarix: 24-01-2026 11:56 | Bölmə: Xəbərlər

Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama

Ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili yanvarın 27-dən başlayacaq.

Reyting.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirlib ki, tətil 27–31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək.

Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, 5 günlük və 6 günlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonrakı ilk dərs günü fevralın 2-də olacaq.





Bölməyə aid digər xəbərlər