Güclü külək Bakıda ağacları sındırıb - Fotolar
Tarix: 04-02-2026 12:30 | Bölmə: Xəbərlər

Güclü külək Bakıda ağacları sındırıb

Dünəndən etibarən Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi gücləndirilmiş iş rejiminə keçib.

Birlikdən Reyting.az-a verilən məlumata görə, axşam saatlarından davam edən güclü külək nəticəsində fevralın 4-ü saat 12:00-a şəhər üzrə 37 ağac sınıb, 23 ağacın budaqları qırılıb.

Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülür və ərazi təmizlənir.





Bölməyə aid digər xəbərlər