16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rus qoşunları müdafiə xəttini yarmağa çalışır
Tarix: 17-03-2023 09:46 | Bölmə: Xəbərlər
Rus qoşunları müdafiə xəttini yarmağa çalışır

Belarus Respublikasının hərbi təlim meydanlarında Rusiya qoşunları bölmələrinin təlimi davam etdirilir. Reyting.az xəbər verir ki, bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sosial şəbəkə hesabında paylaşıb.

Qərargah bildirir ki, Volın, Polesski, Seversk və Sloboyansk istiqamətlərində əməliyyat şəraiti əhəmiyyətli dərəcədə dəyişməsə də, ruslar gün ərzində Çerniqov vilayətində 4, Sumı vilayətində 7 yaşayış məntəqəsini, həmçinin Xarkov vilayətində 20-dən çox yaşayış məntəqəsini atəşə tutub.

Məlumata görə, rus qoşunları Kupyansk və Limansk istiqamətlərində müdafiəni yarmağa çalışır.

Baş Qərargah onu da qeyd edir ki, düşmən Baxmut şəhərinə basqın cəhdlərindən də əl çəkmir.

ELÇİN
Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}