17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Kissincer: “Strateji balans dəyişib”
Tarix: 17-03-2023 13:26 | Bölmə: Xəbərlər
Kissincer: “Strateji balans dəyişib”

İran ilə Səudiyyə Ərəbistanının yaxınlaşması strateji balansın dəyişməsidir. Reyting.az xəbər verir ki, bunu “The Washington Post” qəzeti ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerə istinadla yazıb.

Kissincer deyib ki, Çin son illərdə dünya nizamının yaradılmasında iştirak etməli olduğunu bəyan edib və indi bu istiqamətdə mühüm addım atıb.

Keçmiş dövlət katibi diqqətə çatdırıb ki, əvvəllər barışmaz düşmənlər arasında diplomatik münasibətlərin yaranmasına dair razılaşma Çinin sayəsində mümkün olub.

Materialın müəllifi, köşə yazarı Devid İqnasisin fikrincə, Yaxın Şərqdəki vəziyyət ABŞ-ın artıq “bölgədə əvəzolunmaz güc” olmadığını göstərir.

Xatırladaq ki, bundan əvvəl İran və Səudiyyə Ərəbistanı bir-biri ilə müharibə etməmək və kəşfiyyat fəaliyyəti həyata keçirməmək barədə razılığa gəliblər.

Səudiyyə Ərəbistanı İranın Ər-Riyadla Çinin vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı həyata keçirəcəyini gözləyir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}