Naxçıvanda kütləvi zəhərlənmə baş verib
Tarix: 21-03-2023 10:09 | Bölmə: Xəbərlər
Naxçıvanda kütləvi zəhərlənmə baş verib

Naxçıvan şəhərində qidadan kütləvi zəhərlənmə qeydə alınıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, dünən axşam Naxçıvan şəhərində qidadan 8 nəfər zəhərlənib.

Bayram axşamı şəhər sakinləri 1995-ci il təvəllüdlü Türkanə İbrahimova, 1988-ci il təvəllüdlü Nahidə Rzayeva, 1975-ci təvəllüdlü Məhəbbət İbrahimova, 1954-cü il təvəllüdlü Səbahət Allahverdiyeva, 1959-cu il təvəllüdlü Kişvər Muradova, 1932-ci il təvəllüdlü Hökümə Məmmədova, 1997-ci il təvəllüdlü Röya Babayeva və 1964-cü il təvəllüdlü Elmira Bünyadova qidadan zəhərlənmə ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan bildirilib ki, zərərçəkənlərin vəziyyətləri sabitdir.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}