ABŞ Baxmut məsələsində susmağa üstünlük verir
Tarix: 24-05-2023 09:51 | Bölmə: Xəbərlər
ABŞ Baxmut məsələsində susmağa üstünlük verir

ABŞ Müdafiə Nazirliyi Rusiyanın Donetsk vilayətindəki Baxmut şəhərini həqiqətən tamamilə ələ keçirib-keçirməməsini qiymətləndirmək istəmir, lakin etiraf edir ki, Rusiya qüvvələri ərazinin böyük hissəsinə nəzarət edir.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı keçirdiyi brifinqdə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

P. Rayder Ukraynanın Baxmut şəhərinin Rusiyanın nəzarətində olub-olmaması ilə bağlı suala cavabında deyib ki, Rusiya Baxmutu və onun ətraf ərazilərinin əhəmiyyətli hissəsini tutub: “Lakin bizim qiymətləndirməmizə görə, ukraynalılar Baxmut yaxınlığında hərbi əməliyyatları davam etdirirlər".

Xatırladaq ki, mayın 21-nə keçən gecə Rusiya Müdafiə Nazirliyi aylarla davam edən hücumdan sonra Baxmutu nəzarətə götürdüyünü elan edib. Ukrayna tərəfi isə iddia edir ki, Baxmutun bir hissəsi öz nəzarətindədir.

Digər məsələlərlə yanaşı, Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib ki, Baxmut əslində Rusiya qoşunlarının zərbələri nəticəsində tamamilə məhv edilib, lakin Müdafiə Qüvvələri şəhərin cənub-qərb hissəsində mövqelərini saxlayırlar.

Onu da qeyd edək ki, Amerika tərəfinin iddiasına görə, Rusiyanın Baxmut uğrunda döyüşlərdə ümumi itkisi (həlak olanlar, yaralananlar) 100 mindən çoxdur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}