01:02 / 19-04-2024
Konfrans liqası: "Fiorentina" 2 qolla qələbə qazanıb
00:35 / 19-04-2024
"Arsenal" türk oyunçunu "radar"a salıb
00:01 / 19-04-2024
ABŞ Fələstinin BMT-yə tam üzvlüyünə “yox” deyəcək
23:01 / 18-04-2024
Türkiyədə üç ard-arda güclü zəlzələ olub
21:24 / 18-04-2024
Bakıda litvalı dənizçi haqqında sənədli film nümayiş olunub
19:04 / 18-04-2024
Respublika Pediatriya Mərkəzi yaradılıb
18:49 / 18-04-2024
Narkokuryer Hacıqabulda 12 kq narkotiklə saxlanılıb
18:03 / 18-04-2024
Bakıda qətl: Elvin Əsədovun cinayət işi məhkəməyə göndərilib
17:55 / 18-04-2024
ABŞ və Britaniya İrana qarşı sanksiyaları genişlənidirib
17:44 / 18-04-2024
Əfv edilənlərin içində niyə qadınlar az olur? - Açıqlama
17:40 / 18-04-2024
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
17:36 / 18-04-2024
Hacıqabulda qatar qadını vurub
16:31 / 18-04-2024
Makronun sözü ilə əməli uyğun gəlmir
16:29 / 18-04-2024
Səməd Seyidov: "Yeni Kaledoniyanın müstəqilliyini əldə edəcəyinə inanırıq"
16:15 / 18-04-2024
Prezident Nyu-Yorkda keçmiş prezidentlə görüşüb
16:01 / 18-04-2024
Bakıda iki nəfər dəm qazından ölüb
15:52 / 18-04-2024
Daha iki bankın əmlakları hərraca çıxarılıb
15:46 / 18-04-2024
Qubad İbadoğluya yekun ittiham aktı elan edilib
15:29 / 18-04-2024
Zəngilanda silah-sursat aşkarlanıb
15:13 / 18-04-2024
İcra başçısını söyən şəxsə 5 sutka həbs cəzası verilib
14:29 / 18-04-2024
Zaxarova: "Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün hər şeyi edib"
14:20 / 18-04-2024
QHT-lər Nobel Komitəsinə məktub göndərib
14:12 / 18-04-2024
Raketlərə qarşı yeni silah hazırlanır
13:54 / 18-04-2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
13:39 / 18-04-2024
Məhkəmə kokain kralı ilə bağlı qərar verib
13:12 / 18-04-2024
İki kluba texniki məğlubiyyət verilib
12:58 / 18-04-2024
Süni intellektdən qoruna biləcək sahələr sadalanıb
12:48 / 18-04-2024
Müəllimlərin sertifikatlaşdırılması başlayır
00:02 / 15-04-2024
Ceyhun Bayramov Özbəkistana gedib - Yenilənib
18:06 / 14-04-2024
İordaniya Kralı COP29-a dəvət olunub
20:08 / 15-04-2024
Rusiya Ukrayna ilə savaşa özgələri göndərir
23:11 / 14-04-2024
Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14:18 / 14-04-2024
Azərbaycan və İordaniya müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalayıb
18:51 / 15-04-2024
“Şəhid Əhməd – Oğluma məktub” filminin təqdimatı keçirilib - Fotolar
09:07 / 14-04-2024
Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
22:33 / 14-04-2024
İsrail prezidenti: "Bu, əsil müharibə elanıdır"
13:58 / 16-04-2024
Agentlik sədri vəzifədən azad edilib - Yeni təyinat
15:07 / 17-04-2024
Hikmət Hacıyev: “Sülhməramlıların Azərbaycandan çıxarılması barədə qərar qəbul edilib”
14:31 / 14-04-2024
Paris-2024: Azərbaycan millisi lisenziya qazanıb
10:57 / 18-04-2024
60 milyard dollarlıq yardımın önü açılır
“143-cü çuxur”un iztirabları
Tarix: 27-05-2016 20:40 | Bölmə: Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər
Tarix: 27-05-2016 20:40 | Bölmə: Mətanət ƏLİYEVA
Mayın 14-17-də Nizami kinoteatrında İran kinosu günləri keçirildi. Açılış mərasimində Azərbaycanın və İranın hökumət adamları, tanınmış kino xadimləri də iştirak edirdilər.
Tədbiri keçirməkdə məqsəd Azərbaycan və İran xalqı arasında dostluğu möhkəmlətmək idi. Hesab edirəm ki, hər iki dövlət bu sahədə daha fəal çalışmalıdır, çünki bu iki dövləti düşmən etməyə çalışan böyük qüvvələr və daxildən o qüvvələrə dəstək verən məkrli vətəndaşlarımız var.
İndiyə qədər İranda olmasam da, İran xalqını və dövlətini həmişə sevmişəm, İranı özümün tarixi vətənim hesab etmişəm. İran xalqının özünəməxsusluğunu qoruyub saxlaması, sadəliyi, təvazökarlığı xüsusiylə təqdirəlayiqdir.
16-cı əsrdə böyük sərkərdə və dövlət xadimi Şah İsmayıl Xətai indiki İran dövlətinin ərazisi də daxil olmaqla, bir ucu İrəvan xanlığı, bir ucu Borçalı, bir ucu Dərbənd olan Böyük Səfəvilər dövlətini yaradıb. 1828-ci ildə İran Rusiya ilə müharibədə uduzub və Rusiya Azərbaycanın şimal hissəsini özünə birləşdirib.
İranı Məhəmməd peyğəmbərin qanuni varisi olan böyük sərkərdə İmam Əli tərəfdarlarının vətəni hesab edirəm. Gözümü açandan qohumlarımda, o cümlədən nənəmdə İmam Əliyə sonsuz məhəbbət görmüşəm.
Tarixi faktlarda göstərilir ki, Şah İsmayıl Xətai İmam Əlinin qan qohumu olub. Nədənsə tarixçilərimiz bəzən həqiqəti xalqdan gizlədir və Azərbaycanla Türkiyəni bir millət, iki dövlət adlandırırlar, halbuki Səfəvilər dövləti ilə Osmanlı imperiyası əbədi düşmən olublar və bu gün də bu dövlətlər müxtəlif qüvvələrə xidmət edirlər. Türkiyə İrana olan düşmənçiliyini, hər zaman olduğu kimi, indi də Azərbaycana qarşı davam etdirir.
2-ci Dünya müharibəsində Hitlerə xidmət edən Osmanlı imperiyası Azərbaycan ziyalılarının bir çoxunu təxribata çəkdi. Mikayıl Müşfiq, Seyid Hüseyn, Hüseyn Cavid kimi ziyalılarımız Osmanlı təxribatının qurbanı oldu, Məmməd Əmin Rəsulzadənin ailəsi sürgündə məhv oldu.
Hazırda Əlini sevənlərin vətəni İran müsəlman ölkələrini xaraba qoyan, müsəlmanları öz ölkələrindən didərgin salan ABŞ və onun müttəfiqlərinə qarşı vuruşur, Türkiyə isə ABŞ-a kömək edir.
Tarix boyu çox dövlətlər parçalanıb, onların ərazisində müstəqil dövlətlər yaranıb. Bizim də qismətimizə müstəqil Azərbaycan dövləti yaratmaq nəsib olub. Tariximizi düzgün bilib gələcəyimizi düzgün qurmalıyıq.
İran kinosu günlərində 4 film nümayiş olundu. Birinci gün nümayiş olunan "143-cü çuxur" filmi İran İslam İnqilabından sonra başlayıb 7 il davam edən İran-İraq müharibəsinə həsr olunub. Daha doğrusu, filmdə 1982-ci ildə oğlu müharibədə itkin düşən ananın iztirabları təsvir olunub.
Filmdə müharibə haqqında heç nə deyilmir. Hind filmlərində olduğu kimi, sanki məqsəd oxucunu ağlatmaqdır. Hamıya aydındır ki, müharibə dünyada ən dəhşətli şeydir. Ölüm, aclıq, dağıntı, qaçqınlıq - dünyada dəhşətli nə varsa hamısı müharibədə baş verir.
Film onda böyük sənət əsəri olardı ki, müharibənin qarşısını almaq istəyən ağıllı dövlət başçısına həsr oluna, yaxud müharibədə İraq xalqının günahı olmadığı təsvir olunardı.
İslam İnqilabından sonra Səddam Hüseyn qərb dairələrinin əli ilə İranı təxribata çəkdi və sonda da qərbin əli ilə faciəli şəkildə qətlə yetirildi. Filmdə bu həqiqətlər açılsaydı daha maraqlı olardı.
Filmdə təsvir olunduğu kimi, keçən əsrin sonunda İran kəndlilərinin son dərəcə kasıb yaşaması məni çox məyus etdi. İran kimi zəngin bir dövlətdə insanlar belə kasıb yaşamamalıdır. Filmdə təsvir olunan İran kəndi səhranı xatırladır, kənddə nə yaşıllıq var, nə də gözəl yollar...
Mən başa düşürəm ki, İran isti ölkədir, orada su qıtlığı ola bilər. Amma texnikanın bu qədər inkişaf etdiyi bir vaxtda kəndləri normal su ilə təmin etmək olar, yol çəkilişi üçün lazım olan neft məhsulları İranda bol olduğu halda kənd yollarının bərbad olması normal deyil.
"143-cü çuxur" filminin rejissoru qadındır. Hesab edirəm ki, qadınlar heç vaxt böyük sənət əsərləri yaratmayıblar və yarada bilməzlər. Qadınlar yalnız yaradıcı kişilərə ilham verə bilərlər.
İranda son vaxtlar İmam Əli, Yusif peyğəmbər haqqında çəkilən dini filmlərə Azərbaycanda çox maraqla baxılsa da, bu filmlərin bədii keyfiyyəti çox aşağıdır. Yaxşı olardı ki, İranın tarixi ilə bağlı filmlər çəkilsin. Məsələn, rəhmətlik yazıçımız Fərman Kərimzadə Şah İsmayıl Xətaiyə həsr olunmuş "Xudafərin körpüsü" və "Çaldıran döyüşü" adlı son dərəcə maraqlı romanlar yazıb. Onların əsasında gözəl film çəkmək olar.
İnanmıram ki, İranda yüksək səviyyəli filmlər yarada biləcək kino xadimləri yoxdur. Mənə elə gəlir ki, məqsəd dəyərli filmlər yaratmaq yox, ucuz üsullarla dini ideologiyanı təbliğ etməkdir. Bu işdə də yüksək peşəkarlıq, talant, intellekt lazımdır.
Mən İran filmlərində bunu görmürəm. Həm də mənə elə gəlir ki, müsəlman siyasi liderlər özlərindən əvvəlki böyük siyasətçiləri inkar etməklə öz dəyərlərini artırmağa çalışırlar.
Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər