"Məktəb və bağçaların açılması gündəmdədir, rayonlara gediş-gəliş isə..." - TƏBİB və ÜST-dən anons
Tarix: 31-07-2020 16:16 | Bölmə: Cəmiyyət
"Məktəb və bağçaların açılması gündəmdədir, rayonlara gediş-gəliş isə..." - TƏBİB və ÜST-dən anons

“Çimərliklərin açılması və rayonlara gediş-gəlişin bərpası ilə bağlı məsələlər müzakirə mərhələsindədir”.

Reyting.az
 xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, çimərliklərə getmək və orada hansı qaydalara riayət olunmasının vacibliyi, insanların hansı məsafədə dayanması məsələsi müzakirə edilir: “Qərar qəbul olunan kimi ictimaiyyətə məlumat veriləcək”.

TƏBİB rəsmisi deyib ki, məktəblərin və uşaq bağçalarının açılması ilə bağlı məsələlər də hazırda Operativ Qərargah və ÜST-ün missiyası tərəfindən bilikdə müzakirə olunur.

Onun sözlərinə görə, bu müzakirələrdə artıq məktəbləri açmış bəzi ölkələrin təcrübələri də müzakirə edilib: “Vətəndaşlarımız üçün ən doğru qərar hansıdırsa, o qərar da qəbul olunacaq. Hər hansı bir qərar edildikdə bu barədə mütləq ictimaiyyətə məlumat veriləcək”.

ÜST rəsmisi Hande Harmancı isə deyib ki, Bakıdan rayonlara gediş-gəliş koronavirusa yoluxmaları artıra bilər.

Onun sözlərinə görə, rəqəmlər və statistika da bunu təsdiqləyir: “Qərarlar rəqəmlərə istinad etməklə alınır. Bu qərarlar yoluxmanın azalması, daha az insanın ölməsi üçün qəbul edilir. Hər halda bu qərarları qəbul edən insanlar da bu gözəl havadan faydalanmaq istəyər. İnsanları qəbul edilən qərarlara riayət etməyə çağırıram. Bununla, qış aylarında daha az yoluxma ilə üzləşə bilərik”.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}