75 yaşlı kişinin başını kəsən şəxsin cinayət işi məhkəməyə göndərilib
Tarix: 11-10-2024 18:09 | Bölmə: Cəmiyyət
75 yaşlı kişinin başını kəsən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Zahid İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Reyting.az
xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il iyulun 20-də gecə saat 1 radələrində paytaxtın Nizami rayonunda qeydə alınıb.

1965-ci il təvəllüdlü Zahid İsayevin aralarında yaranmış mübahisə zamanı 1949-cu il təvəllüdlü Tahir Əliyevin başını kəsərək qətə yetirib.

Zahid İsayev tutularaq istintaqa təhvil verilib(Report).




Bölməyə aid digər xəbərlər
19-12-2024, 12:19 Sabah yağış yağacaq
18-12-2024, 12:15 Sabah sulu qar yağacaq
17-12-2024, 12:20 Sabah qar yağacaq - Proqnoz

bütün xəbərlər