Erkin Qədirli: “Əgər bu komitədə olmayacağamsa, onda Milli Məclisdə nə işim var?”
Tarix: 13-03-2020 14:31 | Bölmə: Siyasət
Erkin Qədirli: “Əgər bu komitədə olmayacağamsa, onda Milli Məclisdə nə işim var?”

“Mən öz adımı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə yazdırmışdım. Hətta komitənin sədri Əli Hüseynli ilə söhbət də etmişdik. Ancaq indi öz adamı orada görmürəm. Ola bilsin ki, bu, texniki səhvdir”.

Reyting.az
xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Erkin Qədirli deyib.

Qədirli əlavə edib ki, hüquqşünasdır və prinsipcə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsində fəaliyyət göstərməlidir: “Əgər bu komitədə olmayacağamsa, onda burada nə işim var?”.

Milli Məclis Sədrinin I müavini Əli Hüseynli isə deyib ki, bu, sırf texniki məsələdir: “Siz Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüsünüz”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}