Naxçıvanda yas mərasimində kütləvi zəhərlənmə olub
Tarix: 12-12-2025 18:58 | Bölmə: Cəmiyyət

Naxçıvanda yas mərasimində kütləvi zəhərlənmə olub

Naxçıvan Muxtar Respublikasında 20-dən çox şəxs yas mərasimində dəm qazından zəhərlənib.

Reyting.az xəbər verir ki, hadisə Babək rayonunun Kültəpə kəndində qeydə alınıb.

İlkin məlumata görə, 20-dən çox şəxs dəm qazından zəhərlənib. Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib, müalicələri davam etdirilir(Report).





Bölməyə aid digər xəbərlər