“Omicron”un stels-əlamətləri dəqiqləşib
Tarix: 27-01-2022 09:26 | Bölmə: Slayd
“Omicron”un stels-əlamətləri dəqiqləşib

Koronavirusun “Omicron” ştammına yoluxucu xəstəliklər üçün tipik sayılmayan əlamətləri də aid etmək olar.

Reyting.az
xəbər verir ki, bu barədə lenta.ru-ya danışan tanınmış infeksionist, tibb elmləri namizədi, “İnvitro-Sibir” kliniki-diaqnostik laboratoriyanın baş həkimi Andrey Pozdnyakov yeni ştammı nişan verən əsas stels-əlamətlərin yorğunluq, əzələ və ya oynaq ağrıları, mədə bulanması, iştahın zəifləməsi, müxtəlif nevroloji narahatlıqlar və dəridə səpmə olduğunu qeyd edib.


Andrey Pozdnyakov

Pozdnyakovun fikrincə, göstərilən əlamətlərin əksəriyyətinə, misal üçün, iştahın azalmasına, bütövlükdə digər ştammlarda da rast gəlmək mümkündür. Koronaviruslu xəstələrin cəmi 15-20 faizi səpmədən şikayət edir. Buna baxmayaraq, sahənin mütəxəssisi qeyd edir ki, hətta stels-əlamətlərin olmasına baxmayaraq, koronavirusa yoluxmadan şübhələnmək kifayət qədər çətindir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}