"Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər çoxdur" - QMİ açıqladı
Tarix: 29-07-2019 12:41 | Bölmə: Cəmiyyət
"Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər çoxdur" - QMİ açıqladı

"Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciətlər 1400 nəfərlik kvotadan daha çoxdur".

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

İdarədən bildirilib ki, Azərbaycan üçün qoyulan kvota artıq bir neçə gün öncə dolub, lakin getmək istəyənlər hələ də müraciət edirlər.

Əlavə kvotanın ayrılıması üçün müraciət etmək məsələsinə gəlincə isə, bunun artıq gec olduğu qeyd edilib.

Vurğulanıb ki, artıq hotellər, təyyarələr sifariş edilib və bundan sonra yenidən sifariş etmək gecdir.

Xatırladaq ki, zəvvarların avqustun 1-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə yola salınacaqlar.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir/Trend.




Bölməyə aid digər xəbərlər
3-12-2024, 12:42 Sabah leysan yağacaq
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq

bütün xəbərlər