Apteklərdə nöqsanlar aşkar edilib
Tarix: 26-02-2026 13:01 | Bölmə: Cəmiyyət

Apteklərdə nöqsanlar aşkar edilib

2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb.

Reyting.az AEM-ə istinadla bildirir ki, yoxlamalardan 10-u Bakı şəhərində, 38-i respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə keçirilib.

Yoxlamaların 32-si planlı, 16-sı plandankənar olub.

Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.





Bölməyə aid digər xəbərlər