21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Xəstənin qarnında qayçını unudan həkimlər cəzalandırılıb
Tarix: 14-01-2020 17:18 | Bölmə: Cəmiyyət
Xəstənin qarnında qayçını unudan həkimlər cəzalandırılıb

Gəncə şəhərində əməliyyat olunan qadının qarın boşluğunda qayçı qalıb. Tibb işçilərinin səhlənkarlığı nəticəsində baş verən hadisəyə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) münasibət bildirilib.

Reyting.az
Report-a istinadla xəbər verir ki, ötən il iyulun 2-də pasient Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasında əməliyyat olunub.

“2019-cu ilin dekabrın 2-də xəstə ağrılarla özəl klinikalardan birinə müraciət edib və qarın boşluğunda qayçı olduğu aşkarlanıb. Həmin gün yenidən Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasında əməliyyat olunaraq qayçı çıxarılıb”.

TƏBİB-dən bildiriblər ki, hadisədən sonra xəstəxananın baş həkimi və baş həkimin müavininə xəbərdarlıq, əməliyyat aparan iki həkim və tibb bacısına isə şiddətli töhmət elan edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər