İqbal Məmmədov YAP-ın yeni uğurlarından danışıb
Tarix: 19-01-2020 23:32 | Bölmə: Xəbərlər
İqbal Məmmədov YAP-ın yeni uğurlarından danışıb

Yeni Azərbaycan Partiyası tərəfindən 78 saylı Lerik Seçki Dairəsindən namizədliyi irəli sürülmüş İqbal Məmmədov bu gün 9 fevral 2020-ci il tarixində Milli Məclisə keçiriləcək seçkilər çərçivəsində rayonunun 6 kəndini özündə birləşdirən Blaband kənd inzibati ərazi dairəsində seçicilərlə görüşüb.

Görüşdə kənd ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclərdən ibarət 200 nəfərdən artıq seçici iştirak edib. Öncə 20 Yanvar hadisələrində və eləcədə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə ötən 5 il ərzində İqbal Məmmədovun deputat kimi fəaliyyəti və qarşıda duran məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda Yeni Azərbaycan Partiyasının “Daha güclü Azərbaycan naminə!” seçki devizi altında uğur qazanacağından və növbəti 5 ildə də uğurlu nailiyyətlərdən bəhs edilib.

Görüşdə iştirak edən seçicilər Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini və partiyanın namizədinə yekdilliklə səs verəcəklərini bildiriblər.

Lerikin sərt iqlim şəraitinə baxmayaraq İqbal Məmmədov təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

İqbal Məmmədov YAP-ın yeni uğurlarından danışıb
İqbal Məmmədov YAP-ın yeni uğurlarından danışıb
İqbal Məmmədov YAP-ın yeni uğurlarından danışıb
İqbal Məmmədov YAP-ın yeni uğurlarından danışıb
İqbal Məmmədov YAP-ın yeni uğurlarından danışıb
İqbal Məmmədov YAP-ın yeni uğurlarından danışıb
İqbal Məmmədov YAP-ın yeni uğurlarından danışıb
İqbal Məmmədov YAP-ın yeni uğurlarından danışıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}