11:01 / 29-03-2025
“Starlink” layihəsi artıq Azərbaycanda - Yeni internet xidmətinin qiymətləri
09:51 / 29-03-2025
Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilir
09:43 / 29-03-2025
Premyer Liqa: bu gün daha iki qarşılaşma olacaq
23:32 / 28-03-2025
Tramp: “Əgər Tehran bizimlə razılığa gəlməsə..."
23:29 / 28-03-2025
Azərbaycan solçuları Türkiyə kommunistlərindən narazıdır
21:35 / 28-03-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
20:04 / 28-03-2025
Ramazanın 29-cu gününün duası - İmsak və iftar vaxtı
19:04 / 28-03-2025
Sabah Günəş tutulması olacaq
18:37 / 28-03-2025
Dünyada yeganə kristala qiymət qoya bilmirlər
18:21 / 28-03-2025
Ali Rada ABŞ-dan Ukraynaya təklif olunan sazişi rədd edə bilər
18:02 / 28-03-2025
İlham Əliyev Azərbaycan xalqını təbrik edib
16:59 / 28-03-2025
Gimnastlarımız finala vəsiqə qazanıb
16:37 / 28-03-2025
İmişlidə zəlzələ olub
16:21 / 28-03-2025
Zəlzələ 30 mərtəbəli evi dağıdıb - (Yenilənib) - Video
13:11 / 28-03-2025
Ramazan bayramında namaz vaxtı açıqlanıb
12:24 / 28-03-2025
Yevlaxda ağır qəza: xəsarət alanların sayı artıb - (Yenilənib)
12:02 / 28-03-2025
Sabah yağış yağacaq
11:43 / 28-03-2025
Myanma beşik kimi yellənib - 7,7 bal gücündə zəlzələ (Foto)
11:05 / 28-03-2025
Sakinin evini başına uçuran tikinti şirkətinin rəhbəri saxlanılıb
00:34 / 28-03-2025
İran Trampın məktubuna cavab verib
22:59 / 27-03-2025
Ramazanın 28-ci günü:İmsak və iftar vaxtı
20:24 / 27-03-2025
Beşmərtəbəli villanı “gecəqondu” adı ilə sökmək istəyirlər
18:50 / 27-03-2025
Ad günü - Hekayə
18:21 / 27-03-2025
Yasamalda ağacları doğrayan şirkət 117 min manat cərimələnib
16:38 / 27-03-2025
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
16:12 / 27-03-2025
İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər - Fotolar
16:01 / 27-03-2025
İcra başçısı bacısı oğlu ilə birlikdə xoruz döyüşdürüb - Fotolar
15:52 / 27-03-2025
Vətəndaşların evini dağıdan tikinti şirkətinin işçiləri saxlanılıb
15:42 / 27-03-2025
Cüt bacıların söhbəti - Akif Əli yazır
21:35 / 24-03-2025

14:18 / 25-03-2025

13:54 / 25-03-2025

14:21 / 24-03-2025

11:19 / 24-03-2025

19:24 / 25-03-2025

13:07 / 26-03-2025

23:51 / 25-03-2025

16:40 / 25-03-2025

11:54 / 24-03-2025

19:03 / 26-03-2025

15:58 / 25-03-2025

Böyük təhlükə xəbərdarlığı - Professor dövlət başçısına müraciət edib
Tarix: 10-04-2023 06:58 | Bölmə: Slayd / Araşdırma

Bu ilin fevral ayının 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonunda qeydə alınan 7,6 maqnitudalı iki zəlzələ baş verdi. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alındı. Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə də hiss edilən təbii fəlakət əsasən Türkiyə və Suriyada böyük dağıntılara səbəb oldu, on minlərlə insan həyatını itirdi.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb və bu ölkədə 50 mindən çox insanın həlak olması, çoxsaylı insanın xəsarət alması ilə nəticələnib.
Qeyd edək ki, digər ölkələrlə yanaşı Azərbaycan da belə təhlükədən sığortalanmayıb. Elə bu səbəbdəndir ki, Azərbaycanın bəzi elm adamları hər an baş verə biləcək təhlükənin təsirlərinin minimuma endirilməsi üçün ölkənin rəhbər şəxslərinə təkliflərini təqdim edirlər. Belə şəxslərdən biri də Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqovdur.

Qüdrət İsaqov
Qüdrət İsaqov Reyting.az vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və digər şəxslərə müraciət ünvanlayaraq, müəyyən təkliflər irəli sürüb.
Azərbaycanın da güclü seysmik zonada yerləşdiyini diqqətə çatdıran Q. İsaqov müraciətində xatırladıb ki, vaxtilə Türkiyənin İzmir şəhərində zəlzələdən dağılan binaların əksəriyyəti əvvəlcədən onların aparıcı yükdaşıyan divarlarının kommersiya məqsədilə sökülməsinə görə olub və nəticədə çoxsaylı insan həyatını itirib.

Şəkil 1. Yer kürəsinin seysmik xəritəsi. (Seysmik zonalar qırmızı xətlərlə göstərilib. Azərbaycan da güclü seysmik zonadadır)
Q. İsaqov bildirib ki, Türkiyədəki sonuncu zəlzələ Azərbaycandan böyük olan bir ərazini xarabalığa çevirib, çoxsaylı insan xəsarət alıb, 50 mindən çox insan həyatını itirib, dağılmış binaların tikintisinin memarları və podratçılarından ibarət 1000 nəfərdən çox insan istintaqa cəlb edilib.
Professorun fikrincə, binaların dağılmasının əsas səbəbi keyfiyyətsiz inşat işləri ilə yanaşı, sonradan yükdaşıyan divarlarına qanunsuz müdaxilələrdir və belə hallar Azərbaycanda, xüsusilə Bakı şəhərində də çoxdur. Yəni məmurlar tikinti ilə bağlı qanunları pozurlar.
Q. İsaqov Azərbaycandakı məmurların bu sahədə qanunları pozmasına bir neçə səbəb göstərir:
“Məmurlarımız yaxşı bilirlər ki, onların tapdaladığı qanunlara məhkəmələr reaksiya verməyəcəklər. Bəzi məhkəmə hakimləri isə düşünürlər ki, hansı qanunu istəsələr, poza bilərlər. Onlar hesab edirlər ki, qanunları pozmaq səlahiyyətləri var və bu işə görə onları heç kəs cəzalandıra bilməz.
Əmlak Komitəsi (Hazırkı Əmlak Məsələləri Dövlət Xidmətini nəzərdə tutur-red.) hesab edir ki, onun uydurduğu qanunlar Milli Məclisin qəbul etdiyi qanunlardan daha yüksəkdir. Yəqin düşünürlər ki, Azərbaycanda güclü zəlzələ nəticəsində kütləvi qırğın olarsa, onları cəzalandırmayacaqlar”.

Şəkil 2. Yer kürəsinin zəlzələ xəritəsi
Q. İsaqovun iddiasına görə, ölkəmizdəki binalar 6 ballıq və ondan da kiçik maqnitudalı zəlzələnin təsirindən dağıla bilər:
“Təqdim etdiyim hər iki şəkildən (şəkil 1 və şəkil 2) göründüyü kimi Azərbaycan seysmik zonanın mərkəzindədir. Bundan xəbərdar və ya xəbərsiz olan məmurlar və məhkəmələr isə qanunları tapdalamaqda davam edirlər.
Şəkil 2-dən görünür ki, Azərbaycanda zəlzələ 4-6 bal arasında ola bilər. Onlar diqqətlə baxsalar, görərlər ki, bu şəkillərdə görünən zəlzələ ocaqlarının gücü zamandan asılı olaraq dəyişir. Buna əyani sübut olaraq deyə bilərik ki, şəkil 2-dən göründüyü kimi, Türkiyədəki zəlzələlərin maqnitudası 4-6 balı aşa bilməz. Amma Türkiyədəki sonuncu zəlzələ 7 baldan yuxarıya qalxdı və davamlılıq dərəcəsi artdı. Eyni hadisə Azərbaycanda da baş verə bilər. O zaman şəhərlərimizdəki binaların əksəriyyəti dağılar”.
Professor müraciətində qeyd edib ki, Azərbaycandakı binaların zirzəmilərinin dağıntı və söküntülərinin miqyası çox böyükdür. Bu isə binaların 6 ballıq və ondan da kiçik maqnitudalı zəlzələlər nəticəsində dağılması ilə nəticələnə bilər:
“Azərbaycan qanunları deyir ki, ey vəzifə sahibləri, ey məhkəmə hakimləri, fəaliyyətinizdə bizə istinad edin! Azərbaycan xalqını zəlzələlərdən və başqa fəlakətlərdən xilas etməlisiniz! Məmurlarımız və hakimlərimiz isə qanunları pozmaqda davam edirlər”.
Q. İsaqov Mülki Məcəllədən də sitat gətirib:
“Maddə 227-də deyilir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərin ümumi mülkiyyətidir. 227.1-ci maddədə isə qeyd olunur ki, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.[254]. 227.2-ci maddədə bildirilir ki, mülkiyyətçinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda istifadəsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Əgər belədirsə, Əmlak Komitəsinə kim ixtiyar verib ki, yaşayış binasının mülkiyyətçilərinin ümumi mülkiyyətini binanın sakinlərindən özbaşına alsın? Bu sualın cavabı “Qanunsuzluq və özbaşınalıq”dır”.
Müraciətdə Mənzil Məcəlləsinə də istinad olunur:
“Maddə 35. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ
35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir”.
Bəs Nazirlər Kabinetinin qərarı nə deyir?
Q. İsaqovun müraciətində bu məsələyə də diqqət yetirilir:
"Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə bina və qurğularda dəyişikliklərin aparılmasına yol verilməyən hallar 6-cı bənddə göstərilib:
Mövcud obyektlərdə genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına aşağıdakı hallarda yol verilmir:
Mühəndis qurğularının yerləşdirilməsi və kommunikasiyasının çəkilməsi üçün nəzərdə tutulmuş texniki mərtəbələrin başqa məqsədlər üçün istifadəsinə (texniki zirzəmilərdə, çardaxlarda və s.) yol verilmir”.
Müraciət müəllifi yazır ki, onun yaşadığı binada da gələcəkdə böyük faciələrə səbəb ola biləcək qanunsuz işlər görülüb, bu zaman isə ayrı-ayrı məmurlar və məhkəmə hakimləri qanunları pozublar:
“Fövqəladə Hallar Nazirliyi binamızın zirzəmisində bir neçə dəfə ekspertiza keçirib. Nəticədə hazırlanmış aktlar əsasında Binəqədi Rayon İcra Hakimiyyətinin təqdimatı ilə Binəqədi rayon MKTB binamızın zirzəmisindəki bütün aparıcı və yükdaşıyan divarları uçurduğuna görə binamızın zirzəmisinə Azərbaycan qanunlarına zidd olaraq Çıxarış almış şəxsi məhkəməyə verdi. Aparıcı və yükdaşıyan divarların hamısında dağıntılar və söküntülər törədilən zirzəminin üstündəki 1-ci mərtəbədə yaşayan Qüdrət İsaqov məhkəmədə müstəqil tələblər irəli sürən 3-cü şəxs oldu. 1-ci və 2-ci instansiya məhkəmələri 50 faiz qanunsuz (yəni binamızın zirzəmisinin qanunsuz özəlləşdirilməsinə heç bir əhəmiyyət verməyən), 50 faiz qanuni olan (yəni binamızın zirzəmisinin Fövqəladə Hallar Nazirliyinin ekspertiza aktlarına uyğun olaraq ilkin layihəyə qaytarılması haqqında) qətnamələr çıxardılar.
Bəs Ali Məhkəmə nə etdi?
Ali Məhkəmə 2-ci instansiya məhkəməsinin qətnaməsini ləğv etdi. Ali Məhkəmə öz qərarında Əmlak Komitəsinin çoxmənzilli binanın zirzəmisini mövcud qanunları 100 faiz pozaraq özəlləşdirməsini nəzərə alaraq özəlləşdirmə sənədi olan Çıxarışı etibarsız hesab etməməklə və divarlarının hamısı uçurulmuş zirzəmimizin ilkin layihəyə qaytarılması haqqında 1-ci və 2-ci instansiya məhkəmələrinin qətnamələrini saxlamaq əvəzinə Əmlak Komitəsinin hansı qanunlarla özəlləşdirmə aparması haqqında mənasız suallar qoyaraq məhkəmə işimizi 2-ci instansiya məhkəməsinə qaytardı. İlk baxışda elə başa düşdük ki, Ali Məhkəmə böyük ədalət nümunəsi göstərib, yəni 2-ci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək həm qeyri-qanuni özəlləşdirmənin ləğvini, həm də binamızın zirzəmisinin ilkin layihəyə qaytarılmasını tələb edib. Sonradan başa düşdük ki, yanılmışıq. Yəni Ali Məhkəmə 6 ilə yaxın bir müddətdə məhkəmələrdə fırlanıb sürünən işimizi bu dəfə gedər-gəlməzə göndərdi.
2-ci instansiya məhkəməsinin hakimi İkram Şirinov binamızın zirzəmisinin bütün dağıdılmış divarlarının şəkillərini şəxsən özü çəksə də, bu barədə həm də Fövqəladə Hallar Nazirliyinin ekspertiza aktlarına istinad edərək 1-ci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaq, Əmlak Komitəsinin qeyri-qanuni Çıxarışını etibarsız hesab etmək əvəzinə 6 il məhkəmələrdə süründürülən məhkəmə işimizin bir hissəsini özündə saxlayıb, digər hissəsini inzibati məhkəməyə göndərmək haqqında qeyri-qanuni qətnamə qəbul etdi.
Mən Bakı Apellyasiya Məhkəməsinin bu süründürməçi, ədalətsiz və tam qanunsuz qətnaməsi haqqında Ali Məhkəməyə müraciət etdim. Aylarla süründürməçilikdən sonra Ali Məhkəmə də işin bir hissəsinin Apellyasiya Məhkəməsində saxlanılması, digər hissəsinin isə inzibati məhkəməyə göndərilməsi haqqında Apellyasiya Məhkəməsinin Qətnaməsini təsdiqlədi. Məhkəmələr insan talelərini, qanunları, zəlzələləri və digər seysmik hadisələri nəzərə almadı, 7 ilə yaxın davam edən və heç bir nəticəsi olmayan məhkəmə işimizi 10-15 illik müddətə uzatmaq haqqındakı qətnamə və qərarlarını prezidentimiz İlham Əliyevin dediyi kimi, cəhənnəmə vasil etdim. Yəni qərara aldım ki, məhkəmənin oyuncağı olmayım. Amma Türkiyədəki zəlzələdən sonra belə qənaətə gəldim ki, Azərbaycanda zirzəmilərə verilən qanunsuz çıxarışları, qanunsuz məhkəmə qətnamələrini cəhənnəmə vasil etməsək böyük fəlakətlərlə üzləşə bilərik.

Səkil 3
Səkil 3-də binamızın zirzəmisinin ilkin layihəsi göstərilib. Bütün dağıntı və söküntülər qırmızı rənglərlə təqdim olunub. Bu şəkildən görürük ki, binamızın zirzəmisinin ilkin layihəsində zirzəmiyə daxil olmaq üçün cəmi 2 qapı var. Zirzəminin heç bir yerində pəncərələr yoxdur. 1 saylı əlavədə binamızın zirzəmisinin ilkin layihəsindən fərqli olan qapılar və pəncərələr açılıb. Dağıdılması mümkün olan 15 aparıcı və yükdaşıyan xarici dəmir-beton panellərdən 11-də, yəni 73 faizində uçurtma və söküntü işləri aparılıb. Dağıdılması mümkün olan 15 aparıcı və yükdaşıyan daxili dəmir-beton panellərdən 12-də, yəni 80 faizində uçurtma və söküntü işləri yerinə yetirilib. Dağıdılması mümkün olan 15+15 aparıcı və yükdaşıyan daxili və xarici dəmir-beton panellərdən 77 faizində dağıntı və söküntü işləri aparılıb. Buradan asanlıqla görürük ki, dağıdılmış 30 daxili və xarici divardan 23-də, yəni 77 faizində uçurtma və söküntü işləri yerinə yetirilib. Bundan sonra Fövqəladə Hallar Nazirliyi binamızla bağlı həyəcan təbili çalıb. Qeyd olunub ki, zirzəminin aparıcı və yükdaşıyan divarlarının dağıdılması haqqında bina sakinlərinin Fövqəladə Hallar Nazirliyinə kollektiv məktubu əsasında dəfələrlə ekspertiza keçirilib. Buna misal kimi Fövqəladə Hallar Nazirliyinin 18 dekabr 2017-ci il tarixli Ekspertiza aktını da göstərmək olar.
Ekspertiza aktında deyilir:
“Binanın zirzəmisində aparılan yenidənqurma işləri zamanı yükdaşıyan konstruksiyalar dağıdıldığından binanın gələcəkdə istismarı zamanı hər hansı bir seysmiki və dinamiki təsirlərə qarşı dayanıqlığı zəiflədilmiş və bina sakinlərinin həyatı üçün təhlükəli vəziyyət yaranmışdır. Binanın dayanıqlığını təmin etmək üçün müvafiq layihə əsasında bərpa-gücləndirmə işləri yerinə yetirilməli, binanın zirzəmisi ilkin birtipli layihəsinə uyğun olaraq bərpa edilməlidir”.
Fövqəladə Hallar Nazirliyi birinci instansiya məhkəməsinin tələbi ilə binamızın zirzəmisində yeni ekspertiza apardı. FHN TTNDA özünün ekspertiza aktını yenidən təkrarladı və təsdiqlədi.
Fövqəladə Hallar Nazirliyinin ədalətli ekspertiza aktlarına görə birinci instansiya məhkəməsinin hakimi Fərid Hətəmzadə 50 faiz ədalətli, 50 faiz isə ədalətsiz bir qətnamə qəbul etdi. Yəni Fərid Hətəmzadənin qətnaməsində mənim qaldırdığım iddia - özəlləşdirilməsi qanunla qadağan olunan binanın zirzəmisinin özəlləşdirmə sənədi olan Çıxarış etibarsız hesab edilmədi. Fərid Hətəmzadə binamızın zirzəmisinin ilkin layihəsinə qaytarılması haqqında 50 faiz ədalətli qətnamə qəbul etdi. Eyni hadisə Apellyasiya Məhkəməsində də təkrarlandı. Apellyasiya Məhkəməsi də 50 faiz ədalətli, 50 faiz ədalətsiz qərar qəbul etdi.
3-cü instansiya məhkəməsi olan Ali Məhkəmə mənim qaldırdığım bütün iddialarımın niyə baxılmadığı haqqında Qərar qəbul etdi və işi yenidən Apellyasiya Məhkəməsinə göndərdi. Sual olunur ki, nəyə görə Ali Məhkəmə özü Azərbaycan qanunlarına istinad edərək müstəqil qərar qəbul etmək hüququndan istifadə etmir? Niyə Ali Məhkəmə məhkəmə işinin uzadılmasına şərait yaradır?
Apellyasiya Məhkəməsində işimiz hakim İkram Şirinova göndərildi. İkram Şirinov 5 ildən çox məhkəmələrdə süründürülən işimiz haqqında belə bir ədalətsiz Qərardad qəbul etdi ki, bəs bizim məhkəmə işimiz 2 hissəyə bölünməli, Çıxarışın ləğv edilməsi haqqında hissəsi inzibati məhkəməyə göndərilməlidir. İşimizin dağıntılar və söküntülər haqqındakı hissəsinə isə Apellyasiya Məhkəməsi baxmalıdır”.
Q. İsaqov bildirir ki, məhkəmə qanunları tapdaladığına görə, yaşadığı binanın zirzəmisinin divarlarını dağıdan şəxs daha böyük dağıntılar aparmaq qərarına gəlib: “O, zirzəminin həm xarici, həm də daxili divarlarını daha çox dağıdır. O, əvvəllər dağıdıb açdığı eni 70 sm olan pəncərələrin yanlarını yenidən dağıdaraq 120 sm etmək üçün bir MMC tapıb və binanın daha tez uçmasına imkan yaradan 120 sm-lik pəncərələr açmaq qərarına gəlib və bu layihəni məhkəmə sənədlərinin arasına qoyub. Məhkəmə isə ona irad bildirmədən bu sənədləri götürüb. Buradan belə çıxır ki, məhkəmə bütün qeyri-qanuni sənədlərə “yaşıl işıq” yandırıb.
İcra hakimiyyətləri qanunları tapdaladığına görə zirzəmimizi qeyri-qanuni yollarla özəlləşdirən şəxs zirzəmimizin küçə tərəfdəki divarını dağıtmaqla açdığı qapının üstündə mənim pəncərəmin qabağına qaldırdığı çardaqla həyətimizi də zəbt edib. Məhkəmədə mən bu barədə iddia qaldırsam da, məhkəmələr qanunları tapdalayaraq bu iddiama da məhəl qoymadılar.
Hazırda məhkəmələrin və icra hakimiyyətinin qanunlara məhəl qoymadığını görən və zirzəmimizin 92m2 hissəsini qanunsuz yolla özəlləşdirən şəxs onun bütün hissələrini tutub və oradakı divarların 80 faizini dağıdıb”.
Q. İsaqov yazır ki, Bakının və digər şəhərlərimizdəki binaların da zirzəmilərində belə dağıntılar var:
“Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və başqa şəhərlərdə Əmlak Komitəsinin, yerli icra hakimiyyətlərinin, 1-ci, 2-ci və 3-cü məhkəmə instansiyalarının qanunları pozması nəticəsində əksər çoxmənzilli binaların zirzəmiləri bizim yaşadığımız binanın zirzəmisi kimi uçurulub, dağıdılıb”.
Professor təkliflərini və bundan irəli gələn nəticələri də qeyd edib:
“1. Fövqəladə Hallar Nazirliyi çoxmənzilli binaların zirzəmilərində həmin binada yaşayan insanların iştirakı ilə binaların ilkin layihəsinə istinad etməklə ekspertiza keçirsin.
2. Zirzəmiləri ilkin layihəyə qaytarılması mümkün olan binaların hamısı özlərinin ilkin layihəsinə qaytarılsın.
3. Zirzəmiləri ilkin layihəyə qaytarılması mümkün olmayan binaların hamısı uçurulsun və onların yerində yeni binalar tikilsin.
4. Tikilən yeni binaların zirzəmiləri Fövqəladə Hallar Nazirliyinin balansına verilsin.
5. Fövqəladə Hallar Nazirliyinin balansına verilən bütün zirzəmilərdə mülki müdafiə sığınacaqları yaradılsın.
6. Qanunlarla qadağan edildiyinə görə çoxmənzilli binaların zirzəmilərinin icarəsinə və özəlləşdirilməsinə son qoyulsun. Bütün qanunsuz dağıntılar və qanunsuz söküntülər də zirzəmilərin qanunsuz icarələri və qanunsuz özəlləşdirilməsi nəticəsində baş verir.
7. Çoxmənzilli binaların zirzəmiləri qanunlarda göstərildiyi kimi çoxmənzilli binaların sakinlərinin idarəçiliyinə verilsin.
8. Çoxmənzilli binaların zirzəmilərinin icarəsi və özəlləşdirilməsinə son qoyularsa zirzəmilərdə söküntülər və dağıntılar olmayacaq.
9. Zirzəmilərin sökülməsi və dağıdılması ilə bağlı problemlər aradan qaldırıldıqdan sonra heç kim bu problemlə bağlı məhkəmələrə müraciət etməyəcək. İnsanlar və məhkəmələr heç zaman həll edə bilmədikləri süründürməçi və nəticəsiz məhkəmə proseslərindən xilas olacaqlar.
10. Unutmayaq ki, qardaş Türkiyədəki zəlzələlər Azərbaycana da xəbərdarlıqdır.
11. Nəzərinizə çatdırıram ki, Türkiyənin Kahramanmaraş, Xatay və digər ərazilərində 4, 5 və digər maqnitudalı afterşoklar bu gün də davam edir.
12. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevdən xahiş edirəm ki, Azərbaycan naminə, xalqımız naminə yazdığım bu məktubu təcili olaraq Azərbaycanın Xilaskarı, Müzəffər Prezidentimiz İlham Əliyevə məruzə etsin”.
Professor müraciətində Azərbaycanda baş vermiş ən güclü zəlzələlərə də diqqət çəkib:
“1. Şamaxı zəlzələsi - 1667-cil il 6.9 bal gücündə. Zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişib. Bu zəlzələ Azərbaycan tarixində ən dəhştli zəlzələ kimi qeyd edilir.
2. Şamaxı zəlzələsi - 1902-ci il 6.9 bal gücündə. Zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb.
3. Gəncə zəlzələsi - 1139-cu il 6.3 bal gücündə. Güclü təkan nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Bəzi mənbələrə görə, 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub.
4. Şamaxı zəlzələsi - 1669-cu il 5.7 bal gücündə. Zəlzələ nəticəsində 7 min insan dünyasını dəyişib.
5. Bakı - 2000-ci il. 6.8 bal gücündə. Zəlzələ nəticəsində onlarla tikili dağılıb, çat verib, 30 nəfər dünyasını dəyişib. Təcili tədbirlər görülməsə 2000-ci ildəki Bakı zəlzələsində çatlar verən binalar daha aşağı maqnitudalı zəlzələlər nəticəsində dağıla bilərlər”.
Q. İsaqov sonda qeyd edib:
“Möhtərəm prezident! İnanırıq ki, İnam İmdad oğlu Kərimovu Ali Məhkəmənin sədri təyin etməklə Azərbaycanda və dünyada məhkəmə sistemimizə İNAM yaratmaq, məhkəmə sistemimizdə köklü islahatlar aparmaq, məhkəmələrin Azərbaycan dövləti adından çıxardığı bütün qərar və qətnamələrin yalnız qanunlara istinadla insanların İMDADINA çatmasını istəyirsiniz! Bu çağırışımızın yerinə yetirilməsi Azərbaycan vətəndaşlarının vətən uğrunda, vətənin inkişafı uğrunda, elmimizin və təhsilimizin inkişafı uğrunda, Sizin ətrafınızda daha sıx birləşməsi ilə Azərbaycanı dünya miqyasında bütün sahələrdə qələbələrə aparacaq. Sizə Azərbaycan naminə böyük uğurlar arzulayırıq!”
Onu da qeyd edək ki, Qüdrət İsaqovun müraciəti həm də Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, Birinci vitse-prezidentin katibliyinin rəhbəri Altay Həsənova, fövqəladə hallar naziri Kəmaləddin Heydərova, Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənova, Bakı şəhərinin icra başçısı Eldar Əzizova, Bakı rayonlarının icra başçılarına, Digər şəhər və rayonların icra başçılarına da ünvanlanıb. Müraciət eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə, Fövqəladə Hallar Nazirliyinin bu dağıntılar nəticəsində tərtib etdiyi aktlara əhəmiyyət verməyən 1-ci, 2-ci və 3-cü məhkəmə instansiyalarının hakimlərinə, Məhkəmə Hüquq Şurasına, ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri İnam Kərimova, Milli Məclisin sədri Sahibə Qafarovaya, Binəqədi rayonundan deputat Azay Quliyevə, AŞPA-nın İnsan hüquqları üzrə alt-komitəsinin sədri Kamal Cəfərova, deputatlar Əli Məsimova, Sabir Rüstəmxanlıya, Fazil Mustafaya, Zahid Oruca, Qüdrət Həsənquliyevə, Tahir Kərimliyə, Vahid Əhmədova, Adil Əliyevə, Erkin Qədirliyə, Fəzail Ağamalıya, Razi Nurullayevə, Vüqar Bayramova, Jalə Əhmədovaya və bütün deputatlara ünvanlanıb.
Y. QACAR
Reyting.az
Bölməyə aid digər xəbərlər

5-08-2023, 16:30
Məzar təpikləyənlərin xələfləri - fransızlar
12-04-2023, 09:12
Dünyada cinayət nisbəti: bəzi ölkələr cəhənnəm vadisi, bəziləri yer üzünün cənnətidir
10-04-2023, 16:34
Ən təhlükəli, ən zəgin və ən ucuz şəhərlərin adı açıqlanıb - Siyahı
10-04-2023, 06:58
Böyük təhlükə xəbərdarlığı - Professor dövlət başçısına müraciət edib
31-03-2023, 21:54
Demokratiyanın qətli... - Araşdırma
24-03-2023, 22:33
Azərbaycanın xarici borcu nə qədərdir? - Araşdırma
16-12-2022, 10:33
Ermənilərin statistik yalanı - Qarabağda nə qədər erməni yaşayır?
23-08-2022, 11:06
Professor Azərbaycan prezidentinə müraciət edib: “Elmimizi xilas edin!”
22-03-2022, 13:10
Dünya ticarətinin 80 faizini təşkil edən gəmiçilik məhv edilib
11-03-2022, 16:09
Taxıl qıtlığı: dünya gözünü Avropa istehsalçılarına zilləyib
11-03-2022, 14:33
Böyük güclər Ukrayna səmasını niyə qapatmaq istəmir?
17-02-2022, 15:45
Kürdə su azalır: "Vəziyyət yaxın illərdə düzəlməyəcək" - Araşdırma
11-11-2021, 16:47
Pandemiyanın daha bir fəsadı - Alimlər həyəcan təbili çalır
11-11-2021, 13:51
Ermənilərin törətdiyi ekoloji fəlakət beynəlxalq səviyyədə müzakirəyə çıxarılıb - Araşdırma
31-10-2021, 09:46
Baş tutmayan 12-ci abortun “fəsadı”: bioloji ana məşhur qızdan üzr istəyəcək - Fotolar
24-10-2021, 15:13
Naqafil güllə xanım-operatorun həyatına son qoyub - Fotolar
27-08-2021, 15:45
Azərbaycandakı əcnəbilərə vaksin vurulmur: pasportu necə alsınlar?
3-03-2021, 15:15
Koronavirusdan sağalanların səhhətində başqa problemlər yaranır
8-02-2021, 13:53
Azərbaycanın bir neçə universitetində dərslər bərpa olunmayacaq
6-11-2020, 12:21
Qarabağda ermənilərin yandırdığı və ya donuz tövləsinə çevrilən məbədlər - Araşdırma
7-08-2020, 14:27
Yeni idarəetmə sistemi gəlir: dövlət şirkətləri büdcənin “pulsoran”ı rolundan çıxarılacaq
19-06-2020, 15:03
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan insanının qorxu indeksini öyrənmək üçün sorğu keçirib
12-06-2020, 14:15
Qarabağ üsyanı - 100 il: Mübarizə tariximizin şanlı səhifəsi
30-04-2020, 18:51
“8-ci kilometr bazarı”nın sahibi ilə bağlı müəmmalı hadisə: onu gecəyarısı kim və ya kimlər soyub?
2-04-2020, 13:39
Koronavirusdan sonra... - Dünyada böyük dəyişiklik gözlənilir
9-10-2019, 19:10
Ölkə təhsilində ciddi problemlər aşkarlanıb - Araşdırma
18-09-2019, 12:29
“Leş mafiyası”nı kimlər himayə edir? - Yeni detallar
2-09-2019, 08:06
Uşaqsız ailələrdə boşanma artıb - Statistika
27-08-2019, 22:16
Agentlik sədrinin biznes ortağı haqda yeni məlumatlar yayıldı - Fotolar
26-08-2019, 14:55
Komitə və ASC sədrlərinin keçirdiyi tenderlərin qalibi olan şirkət rəhbəri haqda sənədlər yayıldı - Siyahı
23-08-2019, 17:07
Deputat Ağalar Vəliyev xaricdə oğlunun adına nələr almayıb ki... - Siyahı yayıldı - Fotolar
26-06-2019, 12:20
Kimə hesabdan “2” yazaq? DSK sədri Tahir Budaqova, yoxsa MSK sədri Məzahir Pənahova... – Araşdırma
22-06-2019, 15:58
"Azəriqaz"dakı yoxlama niyə dayandırılıb? - Palatadan şübhəli qərar
10-05-2019, 13:38
İcra Hakimiyyəti heç bir səbəb göstərmədən bir ailəni evsiz qoydu
20-02-2019, 08:49
Dəmirqapı Dərbəndim: Rus işğalı, yoxsa... farsların əlindən nicat?
26-01-2019, 20:20
“Ən böyük Niyazi, ondan böyük yox” - Fazil Rəhmanzadə
19-01-2019, 20:14
Qarabağla bağlı növbəti təhlükəli plan işə düşüb - Ekspertlər
11-01-2019, 13:48
“O olmasın, bu olsun” əsəri farslar tərəfindən oğurlanıb? - Araşdırma
30-11-2018, 23:34
Təhsilə ayrılan büdcə vəsaitlərini mənimsəyirlər: İnvestisiya xərcləri artırılsa da, şəffaflıq təmin edilmir
14-10-2018, 00:06
Ali məktəblərə qəbul imtahanlarının yeni qaydaları narazılıq yaradıb
23-09-2018, 10:35
Minlərlə məzunun ali təhsil diplomu tanınmaya bilər - Xəbərdarlıq
26-05-2018, 21:11
On ikinci imza - Hacı Mirzə Səlim Axundzadə
Dünən, 18:02
İlham Əliyev Azərbaycan xalqını təbrik edib
27-03-2025, 16:12
İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər - Fotolar
27-03-2025, 14:54
İsrail israr edir: Türkiyədənsə, Suriyada Rusiya bazaları qalsın
27-03-2025, 14:31
İlham Əliyev: Ağdam ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək
27-03-2025, 14:22
İrəvan yenidən Rusiyaya meyllənir
27-03-2025, 13:35
Prezident və birinci xanım Qarabağa səfər ediblər - (Yenilənib) - Foto
26-03-2025, 13:07
Rusiya və Ukrayna arasında razılıq əldə olunub
25-03-2025, 14:18
Ərdoğanın müxalifətlə qarşıdurmasına səbəb nədir?
25-03-2025, 13:54
ABŞ İrana 4 trilyon dollarlıq paket təklif edə bilər
24-03-2025, 11:19
Professor: Həmin media qurumları bizim fikirlərimizə yer vermirdilər
23-03-2025, 12:13
Ərdoğan ən güclü rəqibini oyundan çıxarır?
23-03-2025, 11:49
Ermənistandakı mülki missiya həqiqəti açıqlamaq istəmir
21-03-2025, 12:20
Paşinyan tələsir, Bakıda niyə belə astagəldirlər?
21-03-2025, 11:33
Ordumuzun mövqeləri üç istiqamətdən atəşə tutulub
20-03-2025, 20:37
Tramp Tehrana 2 aylıq möhlət verib: ya yeni saziş, ya da...
20-03-2025, 20:00
Mövqelərimiz yenə atəşə tutulub - (Yenilənib)
20-03-2025, 11:37
Zülfüqarov: İstanbulda baş verənlər Ərdoğana təzyiq cəhdidir
19-03-2025, 14:30
Hərbi ekspert: Sülhə yaxınlaşma olan kimi şərti sərhəddə vəziyyəti gərginləşdirirlər
19-03-2025, 12:39
Professor: Azərbaycan təzyiq altına salınacaq dövlət deyil
19-03-2025, 10:25
Bakı İrəvandan əməli addımlar gözləyir
18-03-2025, 17:12
İlham Əliyev Azərbaycan xalqını təbrik edib
18-03-2025, 15:50
Proseslər Ukraynanın xeyrinə dəyişir
17-03-2025, 22:45
Ordumuzun mövqelərinə üç istiqamətdən atəş açılıb
17-03-2025, 20:33
Mnatsakanyan: "Ermənistandan hər il 7-8 min çağırışçı Azərbaycanın..." - (Yenilənib) - Fotolar
17-03-2025, 16:38
Zülfüqarov: Çərçivə sənədini bilərəkdən sülh sazişi kimi təqdim edirlər
17-03-2025, 14:51
ABŞ sülh üçün Rusiyaya təzyiq etməlidir - Professor
17-03-2025, 11:36
Türkiyə Ukraynaya görə Rusiyanı itirməyə razıdırmı?
17-03-2025, 10:52
Prezident ASC ilə bağlı fərman imzalayıb
17-03-2025, 10:01
Sabiq şöbə müdirinə hökm oxunub - Foto
17-03-2025, 08:42
Ukraynaya sülhməramlı göndərməyə hazırlaşırlar
16-03-2025, 20:24
Ordumuzun mövqeləri yenə atəşə tutulub - (Yenilənib)
15-03-2025, 20:28
Putin, Lukaşenko və Rəhmon Azərbaycan prezidentinə zəng ediblər
15-03-2025, 10:13
Tibb işçilərinə cinayət işi açılıb - Fotolar
14-03-2025, 17:28
Ermənistanın sülh təklifi inandırıcı deyil
14-03-2025, 12:55
Əliyevin Ermənistandan tələbləri beynəlxalq hüquq normalarına tam uyğundur - Professor
14-03-2025, 10:52
Ermənistan Qafqaz əhəmiyyətli referenduma hazırlaşır
14-03-2025, 08:48
Xarici İşlər Nazirliyi İşçi Qrupun Ruben Vardanyan işi ilə bağlı rəyini alqışlayır
14-03-2025, 08:06
Ağ ev Moskvaya təzyiqi artırır
13-03-2025, 15:31
Ceyhun Bayramov: "Ermənistanla sülh sazişinin mətni üzrə danışıqlar prosesi yekunlaşıb"
13-03-2025, 14:13
Həm Ukraynaya, həm də Rusiyaya ciddi təzyiqlər var - Deputat
13-03-2025, 13:46
“Atəşkəsə təminat yoxdur” - Hərbi ekspert
13-03-2025, 09:28
Putin atəşkəs təklifinə Kursk əməliyyatından sonra cavab verəcək