İngiltərədə daha 828 nəfər koronavirusun qurbanı olub
Tarix: 08-04-2020 17:51 | Bölmə: Dünya
İngiltərədə daha 828 nəfər koronavirusun qurbanı olub

İngiltərədə daha 828 nəfər koronavirusun qurbanı olub.

Reyting.az
xəbər verir ki, İngiltərədə virus qurbanlarının sayı 6 483-ə çatıb.

Məlumata görə, yeni ölüm hallarının əksəriyyəti Londonda qeydə alınıb – 201 nəfər.

Daha öncə Şotlandiyada ölənlərin sayı 366-ya, Uelsdə 245-ə, Şimali İrlandiyada isə 78-ə çatdığı açıqlanmışdı.

Beləliklə, Birləşmiş Krallıqda koronavirusdan ölənlərin sayı 7 172 nəfərə çatıb.




Bölməyə aid digər xəbərlər