12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Polşalı deputat: “Dağlıq Qarabağdakı mövcud status-kvo təhlükəlidir"
Tarix: 07-09-2020 14:27 | Bölmə: Dünya
Polşalı deputat: “Dağlıq Qarabağdakı mövcud status-kvo təhlükəlidir"

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli artıq son dərəcədə vacibdir və təxirə salına bilməz. Dünya XXI əsrdə belə münaqişələrdən əziyyət çəkməməlidir”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Polşa Seyminin deputatı Silvestr Xruş (Sylwester Chruszcz) deyib.

Polşalı deputat BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini bildirərək Dağlıq Qarabağın yekun statusunun Azərbaycanın sərhədləri çərçivəsində müəyyənləşdirilməsinin mümkün olduğunu vurğulayıb: “Dağlıq Qarabağda mövcud olan status-kvo təhlükəlidir. Vaxtaşırı bunun fəsadlarını görürük. Son hadisələr də bunu təsdiqləyir. Hesab edirəm ki, BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr təcili şəkildə həyata keçirilməlidir. Nəzərə alaq ki, həmin qətnamələrin icra olunması həddindən artıq gecikib”.

Dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizəyə toxunan S.Xruş Azərbaycanın bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirib: “Koronavirus elə bir ümumi bəladır ki, 2020-ci ildə gücündən və mövqeyindən asılı olmayaraq bütün ölkələri eyni sınaq qarşısında qoydu. Bu gün Avropa, o cümlədən regiona qonşu ölkələr bu bəladan maksimum az itki ilə xilas olmaq üçün cəhdlərlər göstərirlər. Virusa qarşı vaksinin istifadəsinə başlanılması böyük dönüş olardı.

Pandemiya dövründə iqtisadiyyatın və insanların sağlamlığının qorunması istiqamətində operativ davranan və uğurlu nəticələr əldə edən ölkələr oldu. Azərbaycanı bu sırada görmək olar. Xüsusilə iqtisadiyyatın sabitliyinin qorunması, pandemiyadan az zərərlə çıxılması istiqamətində azərbaycanlı dostlarımız bacarıqlı oldular. Təəssüf ki, bəzi Avropa ölkələri ilk gündən bu virusla qeyri-ciddi davrandılar və bu gün qitə olaraq bunun əziyyətini çəkirik”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər