21:29 / 06-01-2026
Mehriban Əliyeva Milad bayramı ilə əlaqədar paylaşım edib - Foto
21:12 / 06-01-2026
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir
19:41 / 06-01-2026
Azər Zahid və köməkçisinin cinayət işinə xitam verilib
19:04 / 06-01-2026
Azərbaycan əsgəri niyə Qəzzada döyüşməlidir?
18:27 / 06-01-2026
Azərbaycan sülhməramlı missiyada iştirakdan imtina etmir
18:03 / 06-01-2026
Universitetdə yeni təyinatlar olub
17:59 / 06-01-2026
Direktor müavini vəzifədən azad edilib
17:49 / 06-01-2026
Polkovnik-leytenant saxlanılıb
17:34 / 06-01-2026
Rusiyada kəndləri kütləvi şəkildə tərk edirlər
17:22 / 06-01-2026
Naxçıvanın büdcəsində nöqsan aşkarlanıb
17:14 / 06-01-2026
Dövlət Agentliyinin İdarə Heyətinə sədr seçilib, müavinlər təyin olunub
17:07 / 06-01-2026
Elmar Allahverdiyev baş dövlət fitosanitar müfəttişi təyin olunub
17:03 / 06-01-2026
Sabiq rəisin cinayət işi məhkəməyə göndərilib
17:00 / 06-01-2026
Yeni lazer silahı minlərlə kilometrdən hədəfi vuracaq
16:39 / 06-01-2026
"Beşiktaş"ın qolkiperi "Fənərbağça"ya keçir
16:19 / 06-01-2026
Bakıda Azərbaycan və İtaliya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
15:57 / 06-01-2026
Qazaxda evdə partlayış: xəsarət alan var
15:53 / 06-01-2026
Trampın iddiaları NATO-nu təhlükə ilə üzləşdirib
15:39 / 06-01-2026
Bloklanmış saxta domen sayı kəskin artıb
15:33 / 06-01-2026
Senator: Kuba rejiminin sağ qalmaq şansı yoxdur
15:27 / 06-01-2026
Rusiya ordusu iki şəhərə doğru irəliləyir
15:22 / 06-01-2026
Bakıda Təcili Tibbi Yardım Stansiyasının həyətində meyit tapılıb
15:13 / 06-01-2026
İrandakı aksiyalarda uşaqlar da daxil olmaqla onlarla insan öldürülüb
15:08 / 06-01-2026
Azərbaycanlı Rusiyada polisi öldürüb
15:05 / 06-01-2026
Putinin nümayəndəsi Avropa Birliyini lağa qoyub
14:53 / 06-01-2026
Nikol Paşinyan kilsədə çıxış edəcək - Foto
14:47 / 06-01-2026
Kənd təsərrüfatı ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunacaq
14:38 / 06-01-2026
Prezident İlham Əliyev fərman imzalayıb
14:37 / 06-01-2026
Hərbi hissənin həkimi mühakimə olunacaq - Əsgər ölümünə görə
16:54 / 05-01-2026
Professor: Venesueladan sonra növbə İran və ya Kolumbiyaya çata bilər
13:38 / 03-01-2026
Tramp: Maduro və həyat yoldaşı ələ keçirilib - Foto
13:00 / 02-01-2026
İranda etiraz aksiyaları: vəziyyət nəzarətdən çıxa bilər
13:20 / 02-01-2026
Hacıyev: ABŞ-ın Azərbaycana məhdudiyyətləri Ermənistanla sülhün əleyhinədir
09:06 / 04-01-2026
Prezident və xanımı Nyu-York həbsxanasına aparılıblar - Foto
23:59 / 05-01-2026
Prezident yerli televiziya kanallarına müsahibə verib - Tam mətn - (Yenilənib-2) - Fotolar
19:24 / 05-01-2026
Rusiya azərbaycanlı miqrantları zorla müharibəyə göndərir
12:24 / 06-01-2026
Çin Avropanın avtomobil bazarında liderlik iddiasındadır - Fotolar
18:13 / 05-01-2026
Dövlət başçıları təhlükəsizliklərini gücləndirməyə məcburdurlar - Foto
15:55 / 05-01-2026
Xamnəi Moskvaya qaçmağa hazırlaşır?
23:20 / 04-01-2026
Tramp: Bizə Qrenlandiya mütləq lazımdır
11:42 / 06-01-2026
Dövlət Xidmətinin 172 əməkdaşı məsuliyyətə cəlb edilib
İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb
Tarix: 20-08-2025 11:50 | Bölmə: Slayd

Ermənistan və İran hakimiyyəti münasibətlərinin səviyyəsini strateji tərəfdaşlığa yüksəltmək niyyətindədir. Bu, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın İrəvana səfəri zamanı məlum olub. İki ölkə arasında yaxınlaşma Tehranın Ermənistanın Sünik bölgəsində peyda olacaq “Tramp yolu” ilə bağlı xəbərlərin yaratdığı qorxu fonunda baş verir.
Reyting.az-ın məlumatına görə, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur:
Danışıqlardan sonra Ermənistan və İran arasında siyasi, iqtisadi, təhsil və mədəniyyət sahələrində 10 anlaşma memorandumu imzalanıb. Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Məsud Pezeşkianla birgə keçirdiyi brifinqdə dediyi kimi, tərəflər belə qənaətə gəliblər ki, ikitərəfli münasibətləri strateji səviyyəyə qaldırmağın vaxtı çatıb. Eyni zamanda, baş nazir ümid edir ki, bu qərar onun “Sülhün kəsişməsi” təşəbbüsünü həyata keçirməyə kömək edəcək.
Paşinyan Pezeşkiana ABŞ ilə danışıqlardan söz açıb, İrəvan və Vaşinqton “Tramp yolu”nun yaradılması barədə razılığa gəliblər. O əmin edib ki, kommunikasiyalar barədə qərar Ermənistan-İran dəmir yolları sahəsində əməkdaşlıq üçün yeni qapılar açacaq. Paşinyan xüsusilə Naxçıvan-Culfa marşrutunu qeyd edib. Baş nazirin dediyi kimi, Ermənistan ərazisindən keçən marşrutlar respublikanın suverenliyi altında fəaliyyət göstərəcək, həm də müstəqil şəkildə təhlükəsizliyi təmin edəcək.
Məsud Pezeşkian dövlətlərarası münasibətlərin strateji səviyyəyə çatdırılmasını dəstəkləyib və Paşinyanı Tehrana dəvət edib. O, eyni zamanda bildirib ki, regiondankənar oyunçuların Cənubi Qafqazın işlərinə qarışması vəziyyəti daha da çətinləşdirəcək.
İran Xarici İşlər Nazirliyi görüş ərəfəsində bir daha Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışladıqlarını, lakin “Tramp yolu” layihəsini bəyənmədiklərini vurğulayıb.
Abbas Əraqçının sözlərinə görə, artıq Cənubi Qafqazda çox pis hadisələr baş verir. "Biz, məsələn, bu ölkələrin bəzilərində sionist rejimin mövcudluğundan və ya Avropa İttifaqının burada möhkəmlənmək cəhdlərindən narahatıq",- Əraqçi IRNA-ya müsahibəsində vurğulayıb.
Tehranın nöqteyi-nəzərindən “Tramp yolu” İslam Respublikası üçün təhlükəsizlik risklərini artırır. Onlar şübhələnirlər ki, ABŞ nəqliyyat infrastrukturunun inkişafına sərmayə qoymaq bəhanəsi ilə Ermənistanın Sünik bölgəsində öz qoşunlarını yerləşdirə bilər. İrəvan isə Tehranın qorxularını aradan qaldırmağa çalışır.
"Biz xarici silahlı qüvvələrin Cənubi Qafqazda olmasını faydalı hesab etmirik. Bu baxımdan narahatlığımızı ifadə etdik. Bizi əmin etmişdilər ki, üçüncü ölkələrin silahlı qüvvələri Cənubi Qafqazda yerləşdirilməyəcək. Sülh sazişinin əsas müddəalarından biri (Ermənistan və Azərbaycan arasında.- NG) üçüncü dövlətlərin silahlı qüvvələrinin Ermənistan və Azərbaycanın sərhədləri boyunca yerləşdirilməməsi ilə bağlı bənddir. Regiondakı hadisələri yaxından izləyir və Yerevan və Bakı ilə sıx əlaqə saxlayırıq”,- deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bildirib.
İran elitasında başqa fikirlər də var. Keçmiş Xarici işlər naziri Məhəmməd Zərif “Tramp yolu”nu perspektivlər baxımından nəzərdən keçirməyi təklif edib.
“Fürsətlər paradiqması nöqteyi-nəzərindən İran, hətta Rusiya və Türkiyə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında bu yaxınlarda əldə edilmiş razılaşmaya təhdid kimi deyil, İran, Rusiya və Türkiyə, eləcə də Ermənistan, Azərbaycan və Gürcüstan arasında əvvəllər təklif edilən tranzit əməkdaşlığını canlandırmaq üçün fürsət kimi baxa bilərlər”,- deyə o, “Foreign Policy” jurnalında dərc olunan məqaləsində yazır.
Maraqlıdır ki, İranın Yollar və şəhərsalma naziri Fərzanə Sadiq Pezeşkianla İrəvana uçub. O, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində ikinci körpünün tikintisi və tranzit yükdaşıma tariflərinə yenidən baxılmasını İnfrastruktur naziri David Xudatyanla müzakirə edib.
Nazirlər Ermənistan və İran şəhərləri arasında müntəzəm hava nəqliyyatının genişləndirilməsini müzakirə ediblər və Fars körfəzi-Qara dəniz avtomobil və dəmir yolu dəhlizinin inkişafı haqqında saziş imzalayıblar. "Bu təşəbbüslər İran, Ermənistan, Avropa və Şərqi Asiya arasında tranzitin inkişafı üçün möhkəm zəmin yaradacaq",- Sadiq qeyd edib.
Bundan əlavə, İranın Sənaye naziri Məhəmməd Atabəy bildirib ki, Tehranın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə azad ticarət zonasına daxil olması sayəsində Ermənistan və İran hakimiyyəti malların 87 faizi üçün tarifləri sıfıra endirib. Atabəyin sözlərinə görə, İran Ermənistana Aİİ-yə giriş qapısı kimi baxır.
"Paşinyan və Pezeşkian sırf ikitərəfli münasibətləri, eləcə də regional gündəliyi müzakirə ediblər. Yerevan bu fürsətdən istifadə edərək Tehranın narahatlığını aradan qaldırmağa çalışıb. Ermənistan-İran sərhədində üçüncü elektrik ötürücü xəttinin tikintisi və Şimal-Cənub marşrutunun inkişafı kimi davam edən birgə layihələri başa çatdırmaq və İran şirkətləri məsələn, Ermənistanda tikintiyə qoşulacağı təqdirdə yeni layihələrə başlamaq tərəflər üçün vacibdir. "Tramp yolu"nun açılması Ermənistanı Fars körfəzi ilə birləşdirəcək və bütün Cənubi Qafqaza müsbət təsir göstərəcək", - Orbeli Mərkəzinin eksperti Conni Melikyan NG-yə bildirib.
"İki ölkənin milli maraqları nöqteyi-nəzərindən İran və Ermənistan arasında əməkdaşlıq strateji, Ermənistan üçün isə bir çox cəhətdən, hətta ekzistensial əhəmiyyət kəsb edir. Çünki Ermənistanın indi xarici dünyaya iki çıxışı var - bunlar Gürcüstandan və İrandan keçən yollardır. Türkiyə və Azərbaycanla mehriban qonşuluq münasibətlərinin qurulması və bütün kommunikasiyaların açılması perspektivləri Ermənistanın bu dövlətlərin ərazisindən ciddi şəkildə istifadə edə bilməsi üçün İranın marağında olan marşrutdur”,- bunu politoloq Karen İgityan deyib.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Bu gün, 21:12
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir
Bu gün, 19:04
Azərbaycan əsgəri niyə Qəzzada döyüşməlidir?
Bu gün, 15:53
Trampın iddiaları NATO-nu təhlükə ilə üzləşdirib
Bu gün, 15:27
Rusiya ordusu iki şəhərə doğru irəliləyir
Bu gün, 11:42
Dövlət Xidmətinin 172 əməkdaşı məsuliyyətə cəlb edilib
Bu gün, 10:44
Kəskin respirator infeksiya yayılır - Xəbərdarlıq
Bu gün, 10:44
İran müdafiə və təhlükəsizlik büdcəsini 145 faiz artırır
Dünən, 23:59
Prezident yerli televiziya kanallarına müsahibə verib - Tam mətn - (Yenilənib-2) - Fotolar
Dünən, 18:52
Gecə ani gəliş: Maduro necə qaçırılıb?
Dünən, 15:55
Xamnəi Moskvaya qaçmağa hazırlaşır?
Dünən, 15:07
Donald Tramp: Kuba süqut edəcək
Dünən, 08:27
“Qiyamət günü” buzlağı əriməyə başlayıb
4-01-2026, 23:20
Tramp: Bizə Qrenlandiya mütləq lazımdır
4-01-2026, 19:20
Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib
3-01-2026, 15:44
Güney Azərbaycan yüksək risklə üz-üzədir
2-01-2026, 23:05
Fərqli zaman ölçüsü: dünya ölkələri hansı ili yaşayır?
2-01-2026, 13:00
İranda etiraz aksiyaları: vəziyyət nəzarətdən çıxa bilər
1-01-2026, 11:03
ABŞ Azərbaycanı sadiq müttəfiq hesab edir
31-12-2025, 10:52
Dünyanın ən təsirli valyutaları hansılardır?
31-12-2025, 10:28
Süni intellekt 2026-cı ildə əmək bazarını dəyişə bilər
30-12-2025, 17:27
İsazadə: Putin və Zelenskinin həyatına təhlükə real deyil
30-12-2025, 13:45
Mollazadə: Azərbaycanın başladığı prosesə Ermənistan da qoşula bilər
30-12-2025, 11:27
Şəhid ailələri və müharibə əlillərinə yeni mənzillər verilib
30-12-2025, 10:45
Moskva “Rus Evi”ni bərpa etmək istəyir
29-12-2025, 15:57
11 ildir 239 sərnişinlə itən təyyarənin axtarışına başlayırlar - Foto
29-12-2025, 13:31
Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan vətəndaşları həbs ediləcəklər - Xəbərdarlıq
29-12-2025, 13:08
Suriya Colani ailəsinin şəxsi mülkünə çevrilib
29-12-2025, 09:37
Ulduz 730 milyon ildən sonra partlayıb
29-12-2025, 09:19
Şəhərlərə böyük köç başlayıb
28-12-2025, 00:47
Amerikalılar Donald Trampdan üz döndərir
27-12-2025, 10:48
DİN Qarabağa səfərə hazırlaşan şəxslərə müraciət edib - Video
27-12-2025, 08:55
Süni intellekt insanları paralel reallıqla üzləşdirəcək - Foto
26-12-2025, 17:27
Mollazadə: Erməni diasporası ilə korrupsiya əlaqələrində olan dairələr faktları təhrif edir
26-12-2025, 17:00
Hərbi ekspert: Onlar əsir deyil, hərbi cinayətkarlardır
26-12-2025, 14:25
Avropa üçün təhlükəli il yaxınlaşır
26-12-2025, 14:25
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
26-12-2025, 12:53
Rusiya Ukrayna limanlarına yenidən hücum edib - Foto
26-12-2025, 12:22
Azərbaycanda uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulacaq
26-12-2025, 12:00
Paşinyan sosial şəbəkə ulduzuna çevrilir
25-12-2025, 17:47
Məhkəmələrə sədr və hakimlər təyin olunub - Siyahı
25-12-2025, 15:47
Avropanın qapıları ruslar üçün bağlanır
25-12-2025, 14:44
Çin ABŞ-a xəbərdarlıq edib
25-12-2025, 14:32
Prezident idmançıları təltif edib - Siyahı

Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir