16:39 / 28-11-2024
Sabah qar yağacaq
Kiyev “Dinamo”sunun əfsanəvi futbolçusu öldü
Tarix: 26-11-2018 14:25 | Bölmə: İdman
Kiyev “Dinamo”sunun əfsanəvi futbolçusu öldü

ABŞ-ın Bristol şəhərində Kiyevin “Dinamo” klubunun görkəmli hücumçusu Viktor Kanevski vəfat edib.

Reyting.az xəbər verir ki, oktyabrın 3-də onun 82 yaşı tamam olmuşdu

Əslən Kiyevdən olan Viktor Kanevski 1961-ci ildə “Dinalo” Kiyevin heyətində ilk dəfə Moskva komandası olmadan SSRİ çempionu titulunu qazanıb.

Kanevski 1955-ci ildən 1964-cü ilədək Kiyev klubunun heyətində çempionatda və SSRİ Kubokunda 207 oyun keçirib, 85 qol vurub.

O, 1962-ci ildə dünya çempionatında SSRİ millisinin heyətində çıxış edən yeganə kiyevlidir.

Kareyarsını başa vurandan sonra Zaporojyenin “Metallurq”, Xarkovun “Avanqard” (“Metallist”), “Bukovine”, “Paxtakor”, “Dnepr”, “Dinamo”, “Tavriya” (Simferopol”, SSRİnin gənclər millisində məşqçi işləyib.

1987-ci ildə ABŞ-a gedib və ömrünün sonuna qədər orada yaşayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər