ABŞ səfirliyi futbolçu Nəriman Axundzadəni təbrik edib
Tarix: 18-02-2026 13:56 | Bölmə: İdman

ABŞ səfirliyi futbolçu Nəriman Axundzadəni təbrik edib

ABŞ-nın Azərbaycandakı səfirliyi azərbaycanlı futbolçu Nəriman Axundzadəni ABŞ-ın Ohayo ştatını təmsil edən “Columbus Crew” klubu ilə müqavilə imzalaması münasibətilə təbrik edib.

Reyting.azxəbər verir ki, səfirlik bununla bağlı sosial şəbəkə hesabında təbrik mesajı yayımlayıb.

Bildirilib ki, “Qarabağ”ın heyətində nümayiş etdirdiyi oyunla rəğbət qazanan istedadlı gənc hücumçu Major League Soccer (MLS) ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.

Səfirlik “Qarabağ” klubuna bu axşam Çempionlar Liqasında uğurlar və inamlı qələbə arzulayıb.





Bölməyə aid digər xəbərlər