İdman federasiyalarından birinin adı dəyişdirilib
Tarix: 20-02-2026 15:19 | Bölmə: İdman

İdman federasiyalarından birinin adı dəyişdirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının fəaliyyət istiqamətləri genişləndirilir.

Reyting.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bu gün keçirilən Ümumi Yığıncaqda federasiyanın adının Azərbaycan Su İdman Növləri Federasiyasına dəyişdirilməsi ilə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, sözügedən federasiyanın prezidenti "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovdur.





Bölməyə aid digər xəbərlər