Sanki bir mələk… - Din xadimi yazır
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Rəssam Ayla İnsanovanın əsərləri Parisdə sərgilənib - Fotolar
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
Rusiya və Ukraynanın cəbhədəki itkilərinin nisbəti açıqlanıb
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
Məhkəmə baş redaktorun əleyhinə qərar verib
Sabah Günəş tutulması olacaq
Azərbaycan və Serbiya prezidentləri bəyanatla çıxış ediblər - (Yenilənib) - Video
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
Tarix: 17-02-2026 17:29 | Bölmə: İdman

"Qarabağ"ın futbolçuları UEFA Çempionlar Liqasındakı növbəti matça məsuliyyətli yanaşırlar.
Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Bakıda İngiltərənin "Nyukasl" klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bu oyunda böyük təcrübə əldə edə bilərik. Bu, Azərbaycan futbolu tarixində ilkdir. Rəqibimiz köklü klubdur. Dünyanın bir nömrəli çempionatında oynayırlar. Hazırlaşmaq üçün vaxtımız az oldu. Futbolçular sabahkı matça məsuliyyətli yanaşırlar, həyəcanlıdırlar. Özlərinin ən yaxşı oyunlarından birini göstərmək istəyəcəklər. Rəqibi təhlil etmişik. Doğma meydanda yaxşı mübarizə aparmağa, cəsarətli oynamağa çalışacağıq".
Q.Qurbanov "Nyukasl"la görüşdə ehtiyatlı oynamalı olduqlarını vurğulayıb:
"Rəqibin səviyyəsi, ustalığı da önəmlidir. Biz daha çox çalışmalı və rəqib qapısında qol epizodu yaratmaq üçün variantlar axtarmalıyıq. Reallıq da var. Rəqib də bunu düşünür. Onların bəzi futbolçularının keyfiyyəti bizim düşüncələrimizi geridə qoyur. Azarkeşlərin oyundan həzz almasını istəyirik".
Baş məşqçi komandanı sabahkı oyuna maksimum hazırlamağa çalışdıqlarını sözlərinə əlavə edib:
"Futbolçuların yanaşması məni qane edir. Pis hazırlaşmırlar. Gedişatda yorğunluq hiss oluna bilər. İnanıram ki, özlərində güc tapıb mübarizə apara biləcəklər. "Qarabağ" klubu olaraq düzgün yoldayıq. Böyük komandalarla mübarizə aparmaq bizə motivasiya və inam verir. Düzdür, "Nyukasl" favoritdir. Amma Bakıda qalib gəlmək istəyirik. Bunun üçün hazırlaşırıq. Rəqibdən çəkinməyəcəyik. Qarşımızda intizamlı kollektiv olacaq".
Mütəxəssis komandanın start heyətinin sabah səhər saatlarında bilinəcəyini deyib.
Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək