Azərbaycan millisi Belarus yığmasına qalib gəlib
Tarix: 21-02-2026 19:08 | Bölmə: İdman

Azərbaycan millisi Belarus yığmasına qalib gəlib

Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün üçüncü oyununa çıxıb.

Reyting.az xəbər verir ki, B qrupunda Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 1:0 hesablı qələbəyə sevinib.

Matç Belarusun paytaxtı Minskdə futbol federasiyasının məşq meydançasında keçirilib.

Qalibiyyət qolunu 42-ci dəqiqədə Əli Bəşirov vurub.





Bölməyə aid digər xəbərlər