Super Liqa: “Beşiktaş” qalib gəlib
Tarix: 22-02-2026 23:55 | Bölmə: İdman

Super Liqa: “Beşiktaş” qalib gəlib

Türkiyə Super Liqasında XXIII tur davam edir.

Reyting.az xəbər verir ki, növbəti oyun günündə "Beşiktaş" meydana çıxıb.

Komanda "Göztepe"ni qəbul edib. Hesab erkən açılıb. Vilfred Ndidi fərqlənib. "Qara qartal" Amir Mrilyonun qolu ilə ilk hissəni öndə tamamlayıb.

İkinci yarıda "ağ-qaralar" daha 2 dəfə fərqlənib. Junior Olaytan və Hyon-Gyu Oh adlarını tabloya yazdırıblar - 4:0.

Qeyd edək ki, "Beşiktaş" 43 xalla 4-cü, "Göztepe" 41 xalla 5-ci pillədə qərarlaşıb.(Apasport)





Bölməyə aid digər xəbərlər