Ədliyyə Nazirliyinin əməkdaşı dünya çempionu oldu - Foto
Tarix: 29-08-2019 01:06 | Bölmə: İdman
Ədliyyə Nazirliyinin əməkdaşı dünya çempionu oldu

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının xüsusi təyinatlı bölüyünün atıcısı, ədliyyə çavuşu İsrafil Şabanov dünya çempionu olub.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, o, bu uğura Rumıniyanın Konstanta şəhərində keçirilmiş kunq-fu sanda üzrə dünya çempionatında bütün rəqiblərinə qalib gələrək nail olub.

Qeyd edək ki, İ. Şabanov, bu ilin mayında Azərbaycan çempionu adını qazanıb. O, əvvəllər də beynəlxalq idman yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ədliyyə Nazirliyinin əməkdaşı dünya çempionu oldu

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}