Türklərin Milli Şurası beş nəfərə “Xan” titulu verdi
Tarix: 03-06-2016 15:35 | Bölmə: Xəbərlər

 

 

 


Bu gün Ukraynanın Poltava şəhərində, ölkənin ən böyük ictimai birliklərindən biri olan, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Növbədənkənar (III) Qurultayı keçirilib.

Qurultaya Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 18 vilayət təşkilatının, o cümlədən UQTMŞ Kiyev, Odessa, Xarkov, Çernovtsı, Nikolayev. Zaporojye, Zakarpatye, Lvov, Jitomir, Vinnitsa, Çerniqov, Xmelnitski, Doneçk, Luqansk, Poltava vilayət təşkilatlarını, Kiyev vəSevastopol şəhər təşkilatlarını, Krım Respublika təşkilatını təmsil edən 47 nümayəndə qatılıb.

Bu barədə mətbuata UQTMŞ-nın Baş katibi Ülfət Məhərrəmov məlumat verib.

Qurultaya UQTMŞ Rəyasət Heyətinin üzvü Tatyana Çokalo sədrlik edib.

Qurultayda Ukraynanın Donetsk və Luqansk bölgələrindəki siyasi vəziyyət və Rusiya tərəfindən işğal edilmiş Krım yarımadası ilə bağlı müzakirələr aparılıb. Çıxış edənlər bildiriblər ki, Ukraynanın ictimai təşkilatlarının əsas vəzifələrindən biri ölkəninərazi bütövlüyünün təmin edilməsi və işğal olunmuş ərazilərin azad olunmasıdır. Qeyd olunub ki, əraziləri başqa dövlətlər tərəfindən işğal edilmiş, Ukrayna, Azərbaycan, Gürcüstan, Moldova və Pakistanın ictimai birlikləri mütləq birgə fəaliyyət platforması hazırlamalıdırlar.

Qurultayda çıxış edən UQTMŞ sədri Daşqın Gülməmmədov giriş nitqində bildirib ki, Ukrayna Qarapapaq Türkləri Milli Şurası Ukraynanın ictimai birliyi olsa da, bizim daha üç milli dövlətimiz var - Azərbaycan, Türkiyə və Qazaxstan.

Qurultayda çıxış edənlərdən Tatyana Çokalo, Bəxtiyar Hacıyev, Cavanşir Babyev və digərləri vurğulayıblar ki, Ukraynanın və Azərbaycanın işğal edilmiş əraziləri qeyd-şərtsiz azad edilməlidir.

Qurultayda Ukrayna Qarapapaq Türkləri Milli Şurasının yeni tərkibdə kollegial ali orqanı - UQTMŞ Rəyasət Heyəti də seçilib. Qurultayın qərarı ilə, açıq səsvermə nəticəsində, UQTMŞ Rəyasət Heyətinin tərkibinə Aytən Əlizadə, Cavanşir Babyev, Paraskeva Doçyak, Svetlana Nikitina, Paşa Məmmədov, Vilayət Xəlilov, Ülfət Məhərrəmov, Daşqın Gülməmmədov, Olena Vrublevskaya, Nataliya Günko, Sergey Hnatyuk, Ceyhun Həsənov, Bəxtiyar Hacıyev, Tatyana Çokalo, Viktoriya Hnatyuk, İrina Solod (Allyamova), İrina Manko, Yuliya Olivenko, Neymət Güləhmədov seçiliblər.

UQTMŞ-ın növbədənkənar qurultayı həmçinin Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Dnepropetrovsk, Çerkassı və Sumı vilayət təşkilatlarının təsis edilməsi ilə bağlı qərar da qəbul edib. S.Nikitina UQTMŞDnepropetrovsk vilayət təşkilatının sədri, İ.Manko UQTMŞ Çerkassı vilayət təşkilatının sədri və P.Məmmədov isə UQTMŞ Sumı vilayət təşkilatının sədri təyin ediliblər.

Qurultayın sonunda Ukraynanın və Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı qətnamə qəbul edilib. Qətnamədə deyilir ki, Ukraynanın işğal edilmiş Krım yarımadası, Donetsk vəLuqansk vilayətlərinin bir hissəsi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar dərhal azad olunmalıvə hər iki dövlətin ərazi bütövlüyü təmin edilməlidir.

Qarapapaq Türklərinin Baş Şadı Öndər Aksu, Qurultay nümayəndələrini təbrik edib və UQTMŞ-nin bəzi vəzifəli şəxslərinə titular verib. Cavanşir Babyevə, Sergey Hnatyuka, Bəxtiyar Hacıyevə, Ceyhun Həsənova və Vilayət Xəlilova Qarpapaq Türklərinin Baş Şadı Öndər Aksu öz fərmanı ilə "Xan” titulu verib.

Qeyd edək ki, Ukrayna Qarapapaq Türkləri Milli Şurası 17 iyul 2012-ci ildəDaşqın Gülməmmədovun təşəbbüsü ilə yardılıb. UQTMŞ I Qurultayı 5 sentyabr 2013-cü ildə Ukraynanın Çerniqov şəhərində, UQTMŞ II Qurultayı 8 aprel 2014-cü ildə Vinnitsa şəhərində keçirilib.

6 may 2014-cü ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurası Ukrayna Ədliyyə Nazirliyi Dövlət Qeydiyyat Xidməti tərəfindən Ümumukrayna ictimai birliyi statusunda dövlət qeydiyyatına alınıb. Mərkəzi-mənzil qərargahı Vinnitsa şəhərində yerləşir. Hazırda Ukrayna Qarapapaq Türkləri Milli Şurası Ukraynada fəaliyyət göstərən ən böyük türkdilli vəetnik azlıqlara məxsus leqal fəaliyyət göstərən təşkilatlardan biridir. UQTMŞ-nın 21 vilayət təşkilatı mövcuddur. UQTMŞ- yə 2012-ci ildən Daşqın Gülməmmədov rəhbərlik edir.


 

 






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər