19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
Zəfər Günü yürüşlərin olacağı küçələr - Siyahı
Tarix: 04-11-2025 19:13 | Bölmə: Xəbərlər
Zəfər Günü yürüşlərin olacağı küçələr - Siyahı

Azərbaycan müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil ediləcək.

Reyting.az
xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi qulluqçular noyabrın 6-da saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

Bakı şəhəri üzrə:

Şəhidlər Xiyabanı - “Alov Qüllələri” Kompleksi - “İçərişəhər” metrosu - Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;

“Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İ.Nəsimi heykəli - Neftçilər prospekti;

Sumqayıt şəhəri üzrə:

Dənizkənarı Bulvar ərazisi;

Naxçıvan şəhəri üzrə:

Dilqəm Pişəvəri, Əziz Əliyev küçələri və Heydər Əliyev prospektinin kəsişməsindən “Zəfər Parkı”nadək;

Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə və prospektləri.




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:45 Tiktoker həbs edilib