19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
Prezidentlə xanımı Şəhidlər xiyabanında - Fotolar
Tarix: 08-11-2025 12:23 | Bölmə: Xəbərlər
Prezidentlə xanımı Şəhidlər xiyabanında - Fotolar

Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.

Reyting.az
 xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.

Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində Qələbəmizə həsr olunmuş Hərbi parada hazırlaşan paytaxt Bakının mənzərəsini seyr ediblər.








Bölməyə aid digər xəbərlər
Dünən, 16:45 Tiktoker həbs edilib