19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
Dəniz Akademiyasının rəhbəri səfirlə görüşüb
Tarix: 05-11-2025 19:49 | Bölmə: Xəbərlər
Dəniz Akademiyasının rəhbəri səfirlə görüşüb

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) rektor vəzifəsini icra edən Eldar Qocayev ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib.

Bu barədə Reyting.az-a Dövlət Dəniz Akademiyasından məlumat veriblər.

Noyabrın 3-də keçirilən görüşdə ADDA rəhbəri qonağı salamlayaraq, onu akademiyanın tarixi inkişafı, strukturu, tədris prosesinin təşkili və elmi potensialı barədə ətraflı məlumatlandırıb.

Görüşdə iki ölkənin dənizçilik üzrə ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası, ikili diplom proqramlarının hazırlanması, eləcə də tələbələrin Səudiyyə Ərəbistanının dənizçilik şirkətlərində istehsalat təcrübələrinə cəlb olunması kimi konkret istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib.

Hörmətli səfir İssam bin Saleh əl-Cuteyli təklif olunan əməkdaşlıq təşəbbüslərini yüksək dəyərləndirərək, əməkdaşlığın rəsmi Anlaşma Memorandumu əsasında formalaşdırılmasının məqsədəuyğunluğunu vurğulayıb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:45 Tiktoker həbs edilib