19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
Dindarlar Azərbaycan prezidentinə müraciət ünvanlayıblar
Tarix: 07-11-2025 20:50 | Bölmə: Gündəm
Dindarlar Azərbaycan prezidentinə müraciət ünvanlayıblar

Ölkəmizin Qərb bölgəsində yaşayan inanclı insanlar adından 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlanıb.

Reyting.az
xəbər verir ki, müraciət Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Gəncə İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasovun imzası ilə göndərilib.

Məktubda deyilir:

Bismillahir-rəhmanir-rəhim!

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Qarabağ Fatehi cənab İlham Əliyev!

Sizin rəhbərliyiniz altında Azərbaycan xalqı qeyrət, şərəf və ləyaqət müharibəsinin qalibi olmuşdur. Uca Allahın köməkliyi, Sizin müdrik komandanlığınız və vətənpərvər ordumuzun igidliyi sayəsində Qarabağın 30 illik işğalına son qoyulmuş, Qələbə bayrağımız Şuşada və Xankəndidə ucaldılmışdır. Qeyrət və ləyaqət savaşından qalib ayrılan xalqımızın pozulmuş hüquqları bərpa edilmiş, ədalət bərqərar olmuşdur.

Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır, “Böyük Qayıdış” Dövlət Proqramı uğurla həyata keçirilir, Qarabağda həyat yenidən canlanır.

Möhtərəm Ali Baş Komandan!

Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda xalqımızın apardığı tarixi mübarizənin rəmzinə çevrilmiş 8 Noyabr - Zəfər Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, xalqımıza bəxş etdiyiniz bu möhtəşəm Qələbə üçün Sizə dərin ehtiram və minnətdarlığımızı bildiririk.

Vətən müharibəsi Azərbaycan üçün sadəcə hərbi, siyasi və diplomatik mübarizə deyil, ədalətlə haqsızlığın, mərhəmətlə zorakılığın, həqiqətlə yalanın toqquşduğu sınaq meydanı idi. Bu müqəddəs savaşda əldə olunan qələbə münasibətilə Sizi bir daha təbrik edir, Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə tezliklə şəfa diləyirik.

Uca Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın rifahı və dövlətimizin daha da qüdrətlənməsi naminə ali və şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirik.

Allah Azərbaycanı, xalqımızı və dövlətimizi daim qorusun!

Hörmətlə,
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Gəncə İmamzadə ziyarətgahının imamı
Hacı Tahir Abbasov.




Bölməyə aid digər xəbərlər