Azərbaycanla Aİ arasında yeni sazişə dair videokonfranslar keçiriləcək
Tarix: 09-09-2019 21:27 | Bölmə: Gündəm
Azərbaycanla Aİ arasında yeni sazişə dair videokonfranslar keçiriləcək

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni sazişə dair danışıqlar çərçivəsində bu həftə videokonfranslar təşkil olunacaq.

Bu barədə “Report”a Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

O, bu həftə üç videokonfransın nəzərdə tutulduğunu qeyd edib: “Sonra da sazişlə bağlı yeni görüşün tarixi müəyyənləşdiriləcək. Çox güman, görüş Brüsseldə keçiriləcək”.

Bundan əvvəl diplomat ən yaxın vaxtda Azərbaycanla Aİ arasında yeni sazişlə bağlı danışıqları başa çatdıracaqlarına ümidvar olduğunu bildirmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}