12:06 / 03-02-2026
Tehranda bazar yanır
Süni intellekti ucuzlaşdıracaq çip hazırlanır
Tarix: 31-10-2025 17:37 | Bölmə: İqtisadiyyat
Süni intellekti ucuzlaşdıracaq çip hazırlanır

Amerikalı iş adamı Beff Cezosun startapı süni intellekti minlərlə dəfə ucuzlaşdıran yeni çip hazırlayır.

Reyting.az
-ın məlumatına görə, "Extropic" adlanan startap öz "termodinamik" çipinə əsaslanan ilk işlək lövhəni artıq təqdim edib.

Mütəxəssislər bildiriblər ki, yeni çip generativ modellər və simulyasiyalar, eyni zamanda hava proqnozları kimi yüksək səviyyədə enerji tələb edən ehtimallı hesablamaları daha sürətli, daha ucuz həyata keçirəcək.

Şirkətin qurucusu, keçmiş "Google" tədqiqatçısı Based Beff Cezos (Giyom Verdon) deyib ki, süni intellektin inkişafı naminə əsas vacib məsələ həm də enerji sərfiyyatını radikal şəkildə azaltmaqdır.

Yeni texnologiya təsadüfi şəkildə elektron hərəkətlərindən yaranan "şüurlu səs-küy"ü də hesablama resursu kimi istifadə etməyi bacarır. Bu yanaşma müəyyən süni intellekt tapşırıqlarını minlərlə dəfə ucuzlaşdırma potensialına malikdir.

Hazırda bu yeni lövhə ilkin sınaq mərhələsindədir. Buna görə də, o, indiki mərhələdə tam məhsul sayılmır.

Lakin "Extropic" şirkətindən bildiriblər ki, onlar artıq nailiyyətin astanasındadırlar və gələcəkdə bu texnologiyanın dəstəyi ilə süni intellekt hesablamalarında köklü şəkildə dəyişikliklərin baş verəcəyinə çox inanırlar.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb