Ağdərəyə növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
Tarix: 30-10-2025 13:58 | Bölmə: Slayd
Ağdərəyə növbəti köç karvanı gedib - (Yenilənib)

Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb.

Reyting.az
xəbər verir ki, bu mərhələdə kəndə 9 ailə (38 nəfər) köçürülür.

Köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin sayı 85-ə (329 nəfər) çatacaq.

***

Oktyabrın 30-da Ağdərənin Vəngli kəndinə növbəti qayıdış olub.


Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Reyting.az-a bildiriblər ki, bugünkü köç mərhələsində 38 nəfərdən ibarət 9 ailə kəndə dönüb. Kənddə keçmiş məcburi köçkünlər üçün zəruri infrastruktur tam bərpa olunub. Su, qaz, elektrik enerjisi və internet xidməti fasiləsiz şəkildə təmin edilib. Həmçinin yeni məktəb binası istifadəyə verilib və təhsil müəssisəsində dərs prosesi üçün bütün şərait yaradılıb.

Kənddə həyata keçirilən son mərhələ ilə birlikdə Ağdərənin Vəngli kəndində daimi məskunlaşanların ümumi sayı 329 nəfərə çatıb.








Bölməyə aid digər xəbərlər